Məhkəmə qərarları › İş №3(010)-676/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-676/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-676/2020 20.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Vəliyev Kazım intiqam oğlunun katibliyi ilə, X3, xx xxxxxx 1983-cü ildə Almaniya Federativ Respublikasının, Veymar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0Y5ZBWP, evli, “ABC-Telekom” X1 koordinator işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi 29 nömrəli evin 78 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla A.Z.Almasov Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X3 Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan şikayəti xx xxxx 2020-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, A.Z.Almasovun şikayəti geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş şikayət ərizəsində görünür ki, həmin şikayət ərizəsi imzalanmamışdır. Buna görə də məhkəmə hesab edir ki, A.Z.Almasovun Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qəraından verdiyi şikayət ərizəsi imzalanmadığına görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət X5 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar