Məhkəmə qərarları › İş №3(010)-676/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-676/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-676/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2, X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G.Əsədov küçəsi nömrəsiz evdə yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiallara baxaraq MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 03 may 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən 18.08.2014-cü il təvəllüdlü X4 və 17.08.2015-ci il təvəlüdlü X5 iddiaçı (anaları) X6 ilə ünsiyyətdə olmalarına cavabdeh Şəxs tərəfindən yaradılan maneələr qadağan edilməsi, X3 övladları - 18.08.2014-cü il təvəllüdlü X8 və 17.08.2015-ci il təvəlüdlü X9 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, cavabdeh icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmə iclasında Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev izahat verərək bildirmişdir ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş 03 may 2021-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən 18.08.2014-cü il təvəllüdlü X4 və 17.08.2015-ci il təvəlüdlü X5 iddiaçı (anaları) X6 ilə ünsiyyətdə olmalarına cavabdeh Şəxs tərəfindən yaradılan maneələr qadağan edilməsi, X3 övladları - 18.08.2014-cü il təvəllüdlü X8 və 17.08.2015-ci il təvəlüdlü X9 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, cavabdeh icra vərəqəsinin icrasından yayınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1855/2020 saylı 04.11.2020-ci il tarixli qərarına əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 3(010)-1034/2020 saylı qərarı ləğv ləğv edilmişdir. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-12/2021 saylı, 15.01.2021ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-340/2021 saylı, 16.02.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16.02.2021-ci il tarixdən, saat 16:00-dan hesablanması qərara alınmışdır. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, cavabdeh yenidən icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən 18.08.2014-cü il təvəllüdlü X4 və 17.08.2015-ci il təvəlüdlü X5 iddiaçı (anaları) X6 ilə ünsiyyətdə olmalarına onun tərəfindən yaradılan maneələr qadağan edilməsi, X3 övladları - 18.08.2014-cü il təvəllüdlü X8 və 17.08.2015-ci il təvəlüdlü X9 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1034/2020 saylı, 08.10.2020-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1855/2020 saylı 04.11.2020-ci il tarixli qərarına əsasən onun barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 3(010)-1034/2020 saylı qərarı ləğv ləğv edilmişdir. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-12/2021 saylı, 15.01.2021-ci il tarixli qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-340/2021 saylı, 16.02.2021-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Onun inzibati həbs müddətinin başlanğıcı 16.02.2021-ci il tarixdən, saat 16:00-dan hesablanması qərara alınmışdır. O, qeyd olunan icra vərəqəsinin icrasından yayınmamışdır. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirmişdir ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən 18.08.2014-cü il təvəllüdlü X4 və 17.08.2015-ci il təvəlüdlü X5 onunla ünsiyyətdə olmalarına cavabdeh Şəxs tərəfindən yaradılan maneələr qadağan edilməsi, onun övladları - 18.08.2014-cü il təvəllüdlü X8 və 17.08.2015-ci il təvəlüdlü X9 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilməsi qət edilmişdir. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, Şəxs icra vərəqəsinin icrasından yayınmışdır. Bu səbəbdən də, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev cavabdeh Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1034/2020 saylı, 08.10.2020-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1855/2020 saylı 04.11.2020-ci il tarixli qərarına əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 3(010)-1034/2020 saylı qərarı ləğv ləğv edilmişdir. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-12/2021 saylı, 15.01.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-340/2021 saylı, 16.02.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16.02.2021-ci il tarixdən, saat 16:00-dan hesablanması qərara alınmışdır. Dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, Şəxs yenidən icra vərəqəsinin icrasından yayınır. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İnzibati materiallar araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1034/2020 saylı, 08.10.2020-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi lə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1855/2020 saylı 04.11.2020-ci il tarixli qərarına əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 3(010)-1034/2020 saylı qərarı ləğv ləğv edilmişdir. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-12/2021 saylı, 15.01.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-340/2021 saylı, 16.02.2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs inzibati həbs müddətinin başlanğıcı 16.02.2021-ci il tarixdən, saat 16:00-dan hesablanması qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.2-ci maddəsinin mənasına görə, şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra həmin xətanı törətməkdə davam edərsə, Məcəllənin 35-ci maddəsində müəyyən edilmiş bir il müddət gözlənilmədən yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Bu zaman “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə, Qanunun 82-ci maddəsi icra məmurunun üzərinə məhkəmə qərarının icra edilməsi üçün görülmuş tədbirlər nəticə vermədiyi hallarda borclunun ilk növbədə inzibati məsuliyyətə, icra sənədi qərəzli olaraq icra edilmədikdə isə cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək vəzifəsini qoymuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib - edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Hazırki iş materiallarından Şəxs tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən və yaxud da qərəzli olaraq icra edilməməsi müəyyən olunmur. Qeyd olunan qənaətin nəticəsi olaraq şəxsin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra sənədini icra etmədiyinə görə inzibati və yaxud da cinayət məsuliyyətinə cəlb olunması nəticəsinə gəlmək olar ki, hazırki iş materiallarının araşdırılması nəticəsində bu qənaətə gəlmək mümkün deyildir. İcra məmuru tərəfindən yuxarıda göstərilən hallar araşdırılmamış və müvafiq araşdırma aparılmadan, şəxsin yenidən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra sənədini də icra etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 03 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Araşdırmanın nəticəsi olaraq Şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-4457/2020 saylı, 14.08.2020-ci il tarixli icra sənədini yenidən üzrsüz səbəbdən icra etmədiyi qənaətə gəlindiyi halda, şəxsin icra sənədinin üzürsüz səbəbdən icra etmədiyinə dair İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib etmək olardı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam oluduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. Göstərilənləri nəzərə alaraq, 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 03 may 2021-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar