Məhkəmə qərarları › İş №3(010)-678/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-678/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-678/2020 07.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızının sədrliyi, Abasquliyev Murad Məzahir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Meydanov Ayaz Eyvaz oğlunun iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 36V/3 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 36V/3 saylı evin qarşısında karantin qaydalarını pozmuş, habelə tibbi müayinə zamanı narkotik maddə istifadəçisi olması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşmış və onun bu yaxınlarda baş vermiş oğurluq hadisəsində şübhəli olduğu bildirilmişdir. O, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət edilmişdir. Orada müayinə edilmiş və narkotik maddə istifadə etdiyi deyilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs narkotik vasitəsi istifadəçisi olmadığını bildirirərək, barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddə ilə onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Meydanov Ayaz Eyvaz oğlu məhkəmədə göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi ev 36 ünvanının qarşısında olan zaman 1 nəfər şəxs özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin şəxsin əlaməti ərazidə baş vermiş oğurluq cinayətində kamera görüntüsündəki səxsə uyğun olduğundan və üzərində heç bir sənəd olmadığı üçün Suraxanı rayon Polis İdarəsinin 32ci PB-nə dəvət edilmişdir. Buna görə də Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuşdur.Həmin şəxslə profilaktiki söhbət zamanı narkotik vasitədən istifadə etdiyini, lakin üzərində olmadığını bildirmişdir. Həmin şəxs üzərində məhkəmə narkoloji ekspertizasından keçirilmişdir. Müayinə zamanı Şəxs sidiyində narkotik vasitə olan “Metilendioxsmetaamfetamin” aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Əlizamin İsmayılov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi ev 36 ünvanının qarşısında olan zaman 1 nəfər şəxs özünü şübhəli apardığı üçün polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin şəxsin əlaməti ərazidə baş vermiş oğurluq cinayətində kamera görüntüsündəki səxsə uyğun olduğundan və üzərində heç bir sənəd olmadığı üçün Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nə dəvət edilmişdir. 32-ci PB-də həmin şəxsin xx.xx.1998-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxslə profilaktiki söhbət zamanı narkotik vasitədən istifadə etdiyini, lakin üzərində olmadığını bildirmişdir. Həmin şəxs polis əməkdaşları tərəfindən məhkəmə narkoloji ekspertizasından keçirilmişdir. Materiala əlavə edilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, müayinə zamanı Şəxs sidiyində narkotik vasitə olan “Metilendioxsmetaamfetamin” aşkar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin dispozisiyasından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddə ilə inzibati xəta tərkibini yaradır. İnzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman isə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması halları müəyyən edilməmişdir. Belə ki, xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs oğurluqda şübhəli bilinərək Polis Bölməsinə dəvət olunmuşdur. Lakin onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halları aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı müəyyən edildiyindən, hazırki inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, yuxarıda göstərilən sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1/3676 saylı, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, vətəndaşı Şəxs sidiyindən narkotik vasitə olan MDMH (metilendioximetaamfetamin) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar