Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-679/2023 03.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon icra şöbəsinin icra məmuru X2 tərtib etdiyi 03 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 14 dekabr 2016-cı il tarixli 2(002)-5344/2016 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 08 avqust 2016-cı il tarixdən başlayaraq 20 iyun 2008-ci ildə doğulmuş X7 və 30 may 2013-cü ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 130 manat olmaqla iki uşağa görə cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli 2(002)-3349/2018 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 17 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 20 iyun 2008-ci il təvəllüdlü X7 və 30 may 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 154 manat olmaqla, iki uşağa görə cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Suraxanı rayon icra şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədləri Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. 03 fevral 2023-cü ildə icra sənədləri ümumi icraata birləşdirilmişlər. Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında olan iş üzrə icraata xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırlmışdır. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Şəxs aliment borcu bu gün üçün 17.464 manatdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, Rusiya Federasiyasına işləmək üçün getmişdir. Rusiya Federasiyasına getməmişdən öncə tələbkarın xeyrinə 5.130 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda borcu bağlamağa və hər hansı məbləğ ödəməyə imkanı yoxdur. İşin məhkəmə baxışı zamanı tələbkar X8 izahatında bildirmişdir ki, borclu aliment borcundan cəmi 5.130 manat məbləğində ödəniş etmişdir. O, tələb edir ki, borclu aliment borcunu ödəsin. Göstərilənlərə əsasən borcluya qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on ) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 03 fevral 2023-cü il tarixindən saat 18.30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-679/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-679/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver