Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-680/2020 14.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səmədova (Əzimova) Gülbəniz İntiqam qızının və müdafiəçisi X1, icra sənədi üzrə tələbkarlar X19 və X9, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7iştirakı ilə, Səmədova (Əzimova) Gülbəniz İntiqam qızının, xx.xx.1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli,orta təhsilli, işləməyən, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Baki şəhəri, Xətai rayonu, inzibati binası 52 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən Səmədova (Əzimova) Gülbənizİntiqam qızının Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3596/2019 saylı və Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1497/2020 saylı qətnamələrinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs (Səmədova) barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Səmədova (Əzimova) Gülbəniz İntiqam qızı bildirdi ki, alimentlə bağlı qərardan xəbəri olmayıb. Ona məhkəmə iclası barədə bildiriş də göndərilməyib, çünki onun bütün məktubları poçtda gəldikdə, Turac adlı xanım ona məlumat verir. O, poçtda yaxınlaşıb arxivindən axtarış tələb etmişdir, lakin ona heç bir bildiriş gəlmədiyi məlum olmuşdur. X19 ilə olan məhkəmə mübahisələrindən apelyasiya şikayəti vermişdir, lakin sənədləri yerində olmadığı üçün geri qaytarılmışdır. İcra məmuru Heydər Bəxtiyarovun yanında olmuşdur, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Daha sonra Asan xidmətə soyadını dəyişdirmək üçün getmiş və axtarışda olduğunu öyrənmişdir. Axtarışda olması barədə məlumatı olmamışdır, sadəcə burada öyrənmişdir. O, hal-hazırda 400 AZN pul tapmışdır, bu pulu hazırki həyat yoldaşının dayısı vermişdir. Hər bir tələbkara 200 manat olmaqla, cəmi 400 AZN pul ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən yaranmış aliment məbləğindən ödəniş etməyi üçün ona vaxt verilməsini və məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə iclasında Səmədova (Əzimova) Gülbəniz İntiqam qızının müdafiəçisi və ya vəkili X4 bildirdi ki, maddənin dispozitiv şərti baxımından hesab edir ki, Şəxs sözügedən maddə ilə məsuliyyətə cəlb edilməsi üçün ilk növbədə pozuntunun üzrlü və ya üzrsüz səbəblərdən törədilməsi faktı aydınlaşdırılmalıdır. Belə ki, o, X22 adlı şəxslə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun xx.xx.2019-cu il tarixdə X17 adlı övladları doğulmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qətnaməsi isə xx.xx.2020-ci il tarixdə qəbul edilərək icraya yönəldilmişdir. Göründüyü kimi sözügedən icra sənədlərinin qəbul edildiyi və icraya yönəldiyi dövrlərdə Şəxs üçüncü övladına hamilə olmuş, xx.xx.2020-ci il tarixdə isə bu hamiləlikdən onun övladı doğulmuş və himayəsində azyaşlı körpəsi olmuşdur. Məhz bu səbəblərdən qeyd olunan müddət ərzində Şəxs əmək fəaliyyəti ilə, digər hər hansı xidməti fəaliyyətlə məşğul olmaq, gəlir əldə etmək iqtidarı olmamış və buna görə də aliment ödənişini icra edə bilməmişdir. Hesab edir ki, qeyd olunan belə bir hal nəzərə alınmadan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ədalətli və humanist olmaz. Belə ki, əmək qanunvericiliyində belə hamilə və ya himayəsində azyaşlı övladı olan anaların övladını doğmaq və onların qayğıları ilə məşgul olmaq üçün sosial məzuniyyət hüquq verilməklə onların əmək fəaliyyətindən kənarlaşdırılması nəzərdə tutulmuşdur. Yəni məlum müddət ərzində də borclun işləməsi və gəlir əldə edə bilməməsi obyektiv səbəblərdən baş vermişdir ki, bu hal məhkəmə tərəfindən üzürlü hal kimi qiymətləndirilməlidir. Daha sonra borculunun aliment öhdəliklərini icra edə bilməməsinin digər üzrlü səbəbi ümumdünya səviyyəsində meydana çıxan koronovirus (Covid-19) infeksiyasının yaratdığı fəsadlar və onun iş sektoruna etdiyi təsirlərlə də əlaqədar olmuşdur. Belə ki, məlumdur ki, artıq 2019-cu ilin sonlarından başlayaraq bütün dünya koronovirus (Covid- 19) infeksiyası ilə mübarizə aparmaqdadır və bu hadisə Azərbacandan da yan keçməmişdir. Bununla əlaqədar olaraq 2020-ci ilin mart ayının sonlarından başlaraq ölkə səviyyəsində xüsusi rejimlər elan olunmuş və bu rejimlər hər dəfə uzadılmaqla hələ də davam etməkdədir. Belə bir rejimin tətbiq olunduğu vaxtda isə nəinki müəssisələrin çoxunun fəaliyyəti dayanmış, ümumiyyətlə vətəndaşlar tərəfindən hər hansı iş tapmaq belə mümkünsüz olmuşdur. Məhz belə bir üzrlü səbəblə əlaqədar olaraq da Şəxs da işləyə, gəlir əldə edə və beləliklə aliment ödənişlərini icra edə bilməmişdir.Hətta Şəxs elektron portalda işaxtaran kimi qeydiyyata alındığına görə ona birdəfəlik sosial müavinət (190 manat) də təyin olunmuşdur. Göründüyü kimi aztəminatlı şəxs olaraq borclu Şəxs maddi yardıma ehtiyacı olan şəxs kimi tanınmış və ona da dövlət dəstəyi göstərilmişdir. Beləliklə yuxarıda qeyd edildiyi kimi icra sənədlərinin icra edilməməsi üzrlü səbəblərdən borclunun hamilə və himayəsində azyaşlı övladının olması, eyni zamanda koronavirus (Covid-19) infeksiyasının qarşısının alınması məqsədi ilə ölkədə tətbiq olunan xüsusi rejim şəraitində işləməyin və gəlir əldə etməyin mümkünsüzlüyü, pandemiyanın yaratdığı maddi imkansızlıqla əlaqədar baş vermişdir.Bundan əlavə xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən Şəxs heç bir bildiriş göndərilməmişdir. Bu icra vərəqəsindən Şəxs yalnız həmin icra məmurunun icraatında olan başqa icra işi (uşağın anadan alınaraq ataya verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi icra olunarkən) ilə əlaqədar 2019-cu ilin noyabr ayında icra şöbəsində olarkən məlumat almışdır. Odur ki, ilk növbədə icra məmuru xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq borcluya heç bir bildiriş göndərməmiş, belə bir icra sənədi barədə onu məlumatlandırmamışdır. Məhz buna görə də aliment ödənişləri bu şəkildə yığılmışdır. Həmçinin icra işi materiallarından da göründüyü kimi Şəxs heç vaxt aliment ödənişlərini etməkdən boyun qaçırmamışdır. O, verdiyi izahatlarda borcun hissələrə bölünməsini xahiş etmiş və bu şəkildə borcu ödəyəcəyini bildirmişdir. İcra haqqında qanunvericiliyə əsasən icra məmuru icra sənədini öz icraatına götürdükdən sonra onun icrası istiqamətində müəyyən hərəkətlər etməli, borclunun mülkiyyətində hər hansı daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyaların, belə əmlak olmadığı təqdirdə borclunun əmək haqqının və ya icra tələbinin yönəldilə biləcəyi hər hansı gəlirlərinin mövcudluğunu müvafiq qurumlara sorğular göndərməklə yoxlamalı, müsbət halda icra sənədlərinin icrasını həmin əmlaklara yönəltməli, mənfi halda isə borclunun yaşayış sahəsinə baxış keçirərək onun istifadəsində olan əmlakları siyahıya almalı və icra tələbini icra edilməsi üçün həmin əşyalara yönəldilməlidir. Bununla yanaşı icra məmuru icra sənədinin icrasına yönəlmiş hərəkət kimi həmçinin borclunun ölkədən getmək hüququnu müvəqqəti olaraq məhdudlaşdırmalıdır. Halbuki, icra məmuru bu tədbirlərin heç birini həyata keçirməmişdir. Hesab edirik ki,icra işi üzrə icra məmuru tərəfindən hazırki mərhələyə qədər edilməli olan hərəkətlərin heç biri edilmədən borclunun hərəkətlərində inzibati pozuntunun olması qənaətinə gəlinməsi və protokolla məhkəməyə müraciət edilməsi qanunsuz olmuşdur. Şəxs aliment ödənişlərinin icrasından boyun qaçırmır. Belə ki, o dəfələrlə həm tələbkarlardan, həm də icra məmurundan himayəsində azyaşlı övladının olmasını, eyni zamanda koronovirus (Covid-19) infeksiyasının yaratdığı fəsadların ondan da təsirsiz ötmədiyini və bu kimi halların nəzərə alınmasını xahiş edərək imkan olduqca ödənişləri edəcəyini bildirmişdir. Hətta borclu hal-hazırda işləməməsinə və heç gəliri olmamasına(borclunun özü belə pandemiya dövründə birdəfəlik sosial müavinət almasına) baxmayaraq, qohum və tanışlarından borc pul alaraq icra vərəqələri üzrə müəyyən aliment ödənişləri etmişdir.Bu barədə xüsusi olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, həmin ödənişləri Şəxs daha əvvəldən etmək istəsə də, hətta ödənişlə birlikdə icra şöbəsinə yaxınlaşsa da, tələbkarlar ödənişləri qəbul etməmiş və icra sənədinin tam icra edilməsini, yəni 2240 və 1190 manatın birdəfəlik ödənilməsini tələb etmişdir. Odur ki, tələbkarlar tərəfindən ödəniş qəbul edilməsə belə, Şəxs hal-hazırda başqa şəxslərdən aldığı borc hesabına olsa belə, ödənişlərin bir hissəsin icra etmişdir. Bundan əlavə işin faktiki hallan ilə bağlı əlavə məlumat üçün bildiririk ki, Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-1497/2020 saylı mülki iş üzrə keçirilən məhkəmə iclaslarında belə X20 qəbul ediləcək məhkəmə qətnaməsinin icraya yönəltməyəcəyini və Şəxs aliment tələb etməyəcəyini bildirmişdir. Lakin X20 ilə Şəxs birgə nikahından olan X10 anasından alınaraq atasının himayəsinə verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3058/2019 saylı qətnaməsindən Şəxs apellyasiya şikayəti verdiyinə görə X24 Əzimovadan aliment tələb etməyə başlamışdır. Odur ki, uşağın atasının himayəsinə verilməsi barədə qətnamədən Şəxs apellyasiya şikayəti verdiyi üçün sonradan X20 aliment barədə məhkəməyə müraciət etmiş və aliment ödənişlərinin edilməsini Şəxs tələb etmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, hal-hazırda da Emin Heydərov sözügedən apellyasiya şikayətini geri götürülməsini Şəxs tələb edərək, belə bir vəziyyətdə sonuncudan aliment tələb etməyəcəyini bildirməkdədir. Hətta o, Şəxs göndərdiyi smslərdə uşağı saxlamaq üçün Şəxs puluna ehtiyacı olmadığını, uşağı özü saxlaya bildiyini, alimenti məhz xx.xx.2019-cu il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin geri götürülməsi üçün Şəxs təzyiq etmək məqsədi ilə tələb etdiyini bildirmişdir. Bu hal isə onu göstərir ki, Emin Heydərovun belə bir alimentə ümumiyyətlə ehtiyacı yoxdur və o, alimenti sadəcə bir məqsədlə - Şəxs apellyasiya şikayətini geri götürməsi üçün tələb etməkdədir. X23 da Şəxs öz qızından (Ay 1 in Səmədzadə) imtina etdiyi təqdirdə aliment tələbindən imtina edəcəyini bildirməkdədir. Halbuki, belə bir hal mümkün deyil. Sonda iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi və yaxud vəkili xx.xx.2020-ci il tarixli, MN №0392084 saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X16 məhkəmədə bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)3596/2019 saylı, xx.xx.2019-cu il tarixli və Xətai rayon məhkəməinin 2(011)-1497/2020 saylı, xx.xx.2020-ci il tarixli icra ənədlərinə əsasən, Səmədova (Əzimova) Gülbəniz İntiqam qızından 2240 və 1190 manat borc tutulmalıdır. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmiş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Səmədova (Əzimova) Gülbəniz İntiqam qızı şöbəyə dəvət olunaraq, izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Tələbin yönəldilə biləcəyi vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Borclu qeydiyyatda olduğu ünvanda yaşamır. Borclu axtarışa verilmiş və Asan xidmət mərkəzində saxlanılıb, icraya təhvil verilmişdir. İcra şöbəsinə gətirilsə də, imkanı olmadığını hər tələbkara 200 azn, ümumilikdə 400 azn ödəyə biləcəyini bildirmişdir, lakin tələbkarlar bununla razılaşmayaraq, ən sərt tənbehin, inzibati həbsin verilməsini xahiş edirlər. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Bununla belə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunsa belə, İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə müddəalarına Şəxs barəsində həbs inzibati tənbeh tədbiri tətbiq oluna bilməz. Şəxs X22 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2019-cu il tarixində onların X21 doğulmuşdur. Umayra Ağayeva hal-hazırda 7- ci ayındadır. Körpə hazırda ana südü ilə qidalanmaqdadır və onun ana qayğısına, ana nəvazişinə, ana məhəbbətinə ən çox ehtiyacı olduğu dövrdür. Hətta Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan digər - cərimə tənbeh tədbiri tətbiq edilsə belə, yenə də, onun himayəsində azyaşlı övladının olması halı məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə G.İ.Səmədova (Əzimova) barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında tələbkar X19 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səmədova (Əzimova) Gülbəniz İntiqam qızı dəfələrlə şöbəyə dəvət olunub, lakin heç bir ödəniş etmiyib, həmçinin icraçı məsuliyyətə cəlb etmiyib. xx xxxxxx 2019-cu il tarixində Suraxanı rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, bildirişlə tanış olmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İcra məmuru Heydər müəllim vaxt təyin etmiş və onları dəvət etmişdi, Gülbəniz xanım barəsində də məcburi gətirilmə qərarı alınmışdı, lakin o telefonu söndürmüş, yaşadığı yeri müəyyən etmək olmamışdır, çünki qeydiyyatda olduğu ünvanda yaşamır. xx xxxxxx 2020-ci il Gülbəniz xanım saxlanılmış və gətirilmişdir. İcraçı izahat götürməmiş, yaxud ona təqdim olunmamışdır. Borcdan qərəzli yayınmışdır, buna görə də o, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək yaranmış aliment borcunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir Məhkəmə iclasında tələbkar X20 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səmədova (Əzimova) Gülbəniz İntiqam qızı ilə övladının görüşməsinə şərait yaradır. Uşağını xaricdə oxutmaq və onun adına ev almaq istəyir. Əgər Gülbəniz (Səmədova) Əzimova analıq hüququndan imtina etsə, o zaman ödənişin hissə-hissə ödənilməsinə razılıq verəcəyini və bundan sonra ödənilməli olan alimentdən imtina edəcəyini, hətta yığılmış borcun ödənilməməsinə razılıq verəcəyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şəxsin müdafiəçisi və yaxud vəkilinin, icra sənədi üzrə tələbkarların və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsidinləyərək, məhkəmə hesab edir ki, G.İ.Səmədova (Əzimova) əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə G.İ.Səmədova (Əzimova)barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 30may 2019cu il tarixli, 2(006)-3596/2019 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment X2 tutularaq X13 verilməsi qət edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 2(011)-1497/2020 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, xx xxxx 2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay 170 (bir yüz yetmiş) manat məbləğində sabit pul şəklində aliment tutularaq X15 ödənilməsi barədə qətnamə qət edilmişdir. xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-3596/2019 nömrəli və Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)- 1497/2020 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə borclu (Əzimova) X3 aliment borcu 2240 manat və 1190 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, (Əzimova) X6 aliment borcundan icra sənədi üzrə tələbkar X15 145 manat və tələbkar X13 145 manat ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu G.İ.Səmədovanın (Əzimovanın)Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 30may 2019-cu il tarixli, 2(006)-3596/2019 nömrəli və xx xxxx 2020-ci il tarixli, 2(011)-1497/2020 nömrəli qətnamələrinə dair icra sənədləri üzrə yaranmış aliment borcundan icra sənədi üzrə tələbkar X9 və tələbkar X11 xeyrinə ayrı-ayrı 145 manat ödədiyini nəzərə alaraq hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamənin üzürlü səbəblərdən icra edilməməsinə görə G.İ.Səmədova (Əzimova)borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, həmin müddət ərzində G.İ.Səmədovanın (Əzimova) hamilə olması və xx.xx.2020-ci il tarixdə uşağının doğulması, hal-hazırda himayəsində azyaşlı uşağının olması ilə əlaqədar Şəxs əmək fəaliyyəti ilə, digər hər hansı xidməti fəaliyyətlə məşğul olmaq, gəlir əldə etmək iqtidarında olmadığından və nəticə etibarı ilə maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinəgörə G.İ.Səmədovanın (Əzimova) əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da (Əzimova) X3 Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-3596/2019 nömrəlivə xx xxxx 2020-ci il tarixli, 2(011)-1497/2020 nömrəli qətnamələrinə dair icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla G.İ.Səmədovanın (Əzimovanın) əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə (Əzimova) X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-680/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-680/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver