Məhkəmə qərarları › İş №3(010)-682/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-682/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-682/2020 09.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu 25 iyun 2020-cu il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı x1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: x2 şikayətlə məhkəməyə müraciət edərək 25 iyun 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Qeyd olunur ki, məhkəməyə inzibati xəta haqqında qərar təqdim edilməyib. Bu səbəbdən şikayətdə göstərilən protokol üzrə qərarın qəbul edilib edilmədiyi təqdim olunmuş sənədlərlə müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda göstərilənlər iş üzrə icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: 25 iyun 2020-cu il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı x1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar