Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-684/2020 08.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı,məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru x1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid qismində polis baş serjantı Qədirov Əlizamin Hakim oğlunun iştirakı ilə, Şəxs 03 mart 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, heç yerdə işləməyən, ünvan 1, mənzil 52 ünvanında qeydiyyatda olan, ünvan 1, mənzil 52 ünvanında yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs08 iyul 2020-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış etmiş Qədirov Əlizamin Hakim oğlu öz izahatına əsasən, barərində inzibati iş aparılan şəxs karantin qaydalarının pozulmasına görə tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən, ona qarşı nalayiq ifadələrə yol vermiş, onun şəxsi polis geyiminə əl atmağını bildirmiş və məhkəmədən qanuni tələbin görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru x2 məhkəmədə göstərdi ki, 08.07.2020ci il tarixində, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində vətəndaş Şəxs ictimai qaydanı və pandemiya ilə əlaqədar olaraq karantin qaydalarını mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmayaraq, onlara maneçilik törətmişdir. Buna görə də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Balandin küçəsində, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşı Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişdir. Şəxs şəxsiyyətini təsdiq edən məlumatları portaldan çıxarış etdikdən sonra o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edərək, inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş və yaxud şahid qismində çıxış etmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materialarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru baş leytenantı Azər İsmayılovun protokolundan görünür ki, 08.07.2020-ci il tarixdə xidməti ərazidə olarkən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində pandemiya ilə əlaqədar reyd zamanı vətəndaş Şəxs inzibati qayda protokolu tərtibi zamanı Suraxanı RPİ-in DYP-nin əməkdaşlarına müqavimət göstərmiş və polisin ünvanına söyüş işlətmişdir. Bununla da onun qanuni tələblərinə tabe olmamışdır. Buna görə də o, həmin şəxsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki,Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardanBakı şəhəri Suraxanırayon məhkəməsi vasitəsiləBakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-684/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-684/2020
08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver