Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-687/2020 09.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi x4,məhkəmə iclas katibiMaqsudov İsa Sabir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurux2nuniştirakı ilə, Şəxs, 16 senytabr 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, heç yerdə işləməyən, subay, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 14, mənzil 8 qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxamnı rayon İcra və probasiya şöbəsinin icra məmuru Bəxtiyarov Heydər tərəfindən tərtib edilmiş 09 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati işin materiallarından görünür ki, Bakı şəhəri 43 saylı Notariat Kontorunun 20 fevral 2019-cu il tarixli icra qeydinə əsasən borclu Şəxs x1 xeyrinə 2275 manat məbləğində borc tutulmalıdır. Lakin icra qeydi üzrə icraata başlamaq haqqında qərar 25 fevral 2019-il tarixdə qəbul olunmnasına baxmayaraq borclunun axtarışda olması ilə əlaqədar icra tədbirlərini tamamlamaq mümkün olmamışdır. 29 iyun 2020-ci il tarixdə borclunun axtarış qərarı əsasında icra və probasiya şöbəsinə gətirilməsindən sonra və ona icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, halhazırda heç yerdə işləmədiyinə görə icra sənədi üzrə ödəniş edə bilmir. Bununla yanaşı,10 gün vaxt veriləcəyi təqdirdə tələbkarın tələb etdiyi ödənişi ödəyə bilməyəcəkdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından, o cümlədən icra məmurunun çağırışlarından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq mobil telefonu olmadığından və daimi olaraq yaşayış yeri olmadığından icra məmuru onunla əlaqə saxlaya bilməmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru x2 şahid qismində məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya təqdim olunmuş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir və eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Görülmüş bütün məcburi icra tədbirlərinə baxmayaraq borcluya icra sənədinin icrasını təmin etdirmək mümkün olmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Kontorunun 20 fevral 2019-cu il tarixli icra qeydindən görünür ki, borclu Şəxs x1 xeyrinə 2275 manat məbləğində borc tutulmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 25 fevral 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 43 saylı Notariat Kontorunun 20 fevral 2019-cu il tarixli icra qeydi üzrə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könülü olaraq təmin etməsi təklif olunmuşdur. Borclu A.C.Quliyevin barəsində tərtib edilmiş 09 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri 43 saylı Notariat Kontorunun 20 fevral 2019-cu il tarixlidair icra qeydi üzrə borcu 2275 manat təşkil edir. İcra qeydi əsasında açılmış 18№ 37270/2019-3 saylı icra işinin materiallarından görünür ki, borclu Şəxs icra məmuru tərəfindən icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün on gün müddət təyin edilmiş və və bu barədə borcluya bildiriş verilmişdir. Lakin borclu tərəfindən borcun qaytarılması və icra sənədinin icra edilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. Bu isə icra qeydinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməməsinə dəlalət edir. Bu baxımdan Şəxs maddi imkanı olmaması ilə bağlı borcu qaytara bilmədiyinə dair dəlillərini nəzərdən keçirib məhkəmə bu nəticəyə gəlir ki, borclu icranın təxirə salınması və başqa qaydada məhlət verilməsi ilə bağlı qanunla müəyyən olunmuş qaydada müraciət etməmişdir. Bu isə ona dəlalət edir ki, onun dəlilləri üzürlü hesab edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrəŞəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 09 iyul 2020-ci il tarixdənhesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Qasimov
Məhkəmə qərarları › İş №3(010)-687/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-687/2020
09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver