Məhkəmə qərarları › İş №3(010)-689/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-689/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-689/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından "xxxx" MMC-nin direktoru X10 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 30 mart 2022-ci il tarixli MN ******* qərarı ilə Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun direktoru qismində vəzifəli şəxs olaraq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Qərar ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş və ona xx.xx.2022-ci il tarixində çatdırılmışdır. Şikayət olunan qərar qəbul edilərkən və ona əsas verən inzibati protokol tərtib edilərkən - barəsində inzibati iş aparılan şəxs olaraq mənə hüququm izah edilmədən və xəta ilə bağlı mövcud olmayan təhrif edici düzgün olmayan məlumatlar daxil edilməklə qəbul edildiyindən, inzibati xəta haqqında protokol təsbit olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Şikayət olunan qərar onunla bağlı olan xx.xx.2022-ci il tarixli tərtib edilmiş MN ******* nömrəli protokol əsasında qəbul edilmişdir. Adı çəkilən inzibati xəta haqqında protokolun məzmununda qeyd olunanlara görə “Radioquraşdırma” zavonun keçmiş işçisi X4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesabı düzgün ödənilməmişdir. Bu səbəbdən də tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi qeyd olunmuşdur. Əslində adı keçən işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. İşçinin şikayəti də, əmək müqaviləsinin pozulması və ya ona son əmək haqqının ödənilmədiyi barədə deyil, işdə özünün təqsirindən aldığı xəsarətlə bağlı olmuşdur. Bununla bağlı qərarı qəbul edənə müraciəti müsbət həll edilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır və aşağıda qeyd edilənlərə əsasən qərar əsassız hesab edilərək ləğv olunmalı, bununla bağlı olan inzibati icraata xitam verilməlidir. Belə ki, “Radioquraşdırma” zavodunda presləyici işləmiş (xx.xx.2021-ci il tarixli ərizəsi ilə öz xahişinə əsasən 128k saylı xx.xx.2021-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir) həmin işçi xx.xx.2022-ci tarixli şikayət ərizəsi ilə 2018-ci ildən xəsarət aldığını gizlətdiyi üçün sənədləşdirilmədiyini göstərərək rəsmiləşdirilməsi barədə müraciət etmişdir ki, hal-hazırda bu məsələyə baxılır. X4 öz xahişi ilə xx.xx.2021-ci il tarixdə 128k nömrəli əmrlə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X3 hesablanmış sonuncu haqq-hesab ödənilmiş, X4 əmək haqqı barədə heç bir şikayət etməmişdir. X4 2018-ci il 15 avqust tarixində özünün səhvi ucbatından aldığı xəsarəti keçmiş istehsalat rəisi Nazim Cəfərov və həkimlə birlikdə rəsmiləşdirilməsini gizlətdiyi üçün 3 ildən sonra xəsarətin rəsmiləşdirilməsi barəsində şikayət etmişdir ki, bu istiqamətdə araşdırmalar əmək müfəttişliyi və müəssisə tərəfindən aparılır. Göründüyü kimi şikayət olunan qərarın özü də, ona əsas vermiş protokol da işçi ilə bağlı həqiqi halları əks etdirmir. Bu baxımdan da qeyd olunan dəlillərin hər biri ayrılıqda qərarın ləğvi üçün yetərli əsasdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin 30 mart 2022-ci il tarixli MN ******* qərarının ləğv edilməsi və inzibati xəta ilə bağlı işin icraatına xitam verilməsi bərədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 18 aprel 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə baxılarkən o, bir sıra üzrlü səbəblər məhkəmə iclasında iştirak edə bilməyəcəyini, şikayət ərizəsində yazılanları təsdiq edərək, məhkəməyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 əmək və məzuniyyət haqqlarının ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cı maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı X6 müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, habelə müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab verməyən inzibati xəta haqqında protokol tərtib edib barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Çünki həmin işin nəticəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin direktoru X5 ehtimal edilən inzibati xətanı törətməsi vaxtı göstərilməmiş, hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeydiyyat aparılmamış, həmçinin protokolun surətinin hansı qaydada verilməsinə dair heç bir qeyd aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, izahatların alınması və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin dəlillərinin yenidən araşdırılması üçün inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallann araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 30 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar