Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-690/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətovun, Borclu Şəxs iştirakı ilə, 25.02.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(010)- 4615/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 500 (beş yüz) manat dəyərində bir ədəd 5 qram sıx toxunuşlu qızıl boyunbağı, 300 (üç yüz manat) dəyərində 2,5 qram kəpənək naxışlı qızıl klon, 400 (dörd yüz) manat dəyərində 5 qram olan zəncir formalı qızıl bilərzik, 400 (dörd yüz) manat dəyərində 4,5 qram olan 1 ədəd setka toxunuşlu üzük və 500 (beş yüz) manat dəyərində 5 qram olan 1 cüt şəbəkə formalı qızıl sırğa və ya həmin əşyalar olmadığı halda onların dəyəri və cavabdeh Şəxs 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28.10.2019-cu il tarixli, 2(010)- 4615/2019 saylı icra vərəqəsinə əsasən ondan 500 (beş yüz) manat dəyərində bir ədəd 5 qram sıx toxunuşlu qızıl boyunbağı, 300 (üç yüz manat) dəyərində 2,5 qram kəpənək naxışlı qızıl klon, 400 (dörd yüz) manat dəyərində 5 qram olan zəncir formalı qızıl bilərzik, 400 (dörd yüz) manat dəyərində 4,5 qram olan 1 ədəd setka toxunuşlu üzük və 500 (beş yüz) manat dəyərində 5 qram olan 1 cüt şəbəkə formalı qızıl sırğa və ya həmin əşyalar olmadığı halda onların dəyəri və cavabdeh Şəxs 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda onun 2172 manat məbləğində borcu vardır. Borcunun ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28.10.2019cu il tarixli, 2(010)-4615/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 500 (beş yüz) manat dəyərində bir ədəd 5 qram sıx toxunuşlu qızıl boyunbağı, 300 (üç yüz manat) dəyərində 2,5 qram kəpənək naxışlı qızıl klon, 400 (dörd yüz) manat dəyərində 5 qram olan zəncir formalı qızıl bilərzik, 400 (dörd yüz) manat dəyərində 4,5 qram olan 1 ədəd setka toxunuşlu üzük və 500 (beş yüz) manat dəyərində 5 qram olan 1 cüt şəbəkə formalı qızıl sırğa və ya həmin əşyalar olmadığı halda onların dəyəri və cavabdeh Şəxs 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Hal-hazırda borclunun 2172 manat məbləğində borcu vardır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 05 may 2021-ci il saat 17:40-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-690/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-690/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver