Məhkəmə qərarları › İş №3(010)-691/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-691/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-691/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, Borclu Şəxs Şıxəli qızının, X1 iştirakları ilə, xx.xx.1963-cü ildə Masallı rayonu, Bala-Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, nömrəsiz evdə yaşayan Şəxs Şıxəli qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 2(010)-116/2015 saylı icra vərəqəsinə əsasən İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şəxs Şıxəli qızının ilk iddia üzrə cavabdeh və qarşilıqlı iddia üzrə iddiaçı X3 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbi təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şəxs Şıxəli qızına qarşı «borcun qaytarılması» tələbi təmin edilməsi, Şəxs Şıxəli qızından 16000 manat məbləğində borc pul X2 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs Şıxəli qızına dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 2(010)-116/2015 saylı icra vərəqəsinə əsasən İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şəxs Şıxəli qızının ilk iddia üzrə cavabdeh və qarşilıqlı iddia üzrə iddiaçı X3 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbi təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şəxs Şıxəli qızına qarşı «borcun qaytarılması» tələbi təmin edilməsi, Şəxs Şıxəli qızından 16000 manat məbləğində borc pul X2 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs Şıxəli qızına dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Belə ki, borclu qətnamə qəbul edildiyi gündən bu günə qədər tələbkara olan borcundan 900 manat ödəniş etmişdir. Hal-hazırda borclunun 15100 manat borcu vardır. Borclu borcunu pandemiya səbəbindən ödəyə bilmədiyini bildirmişdir. Borclunun hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hələ də icra olunmadan qalmaqdadır. Məhkəmədə izahat verən Şəxs Şıxəli qızı törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 2(010)- 116/2015 saylı icra vərəqəsinə əsasən onun X3 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbi təmin edilməmişdir. X2 ona qarşı «borcun qaytarılması» tələbi təmin edilməsi, ondan 16000 manat məbləğində borc pul X2 xeyrinə tutulması qət edilmişdir. O, X3 900 manat ödəniş etmişdir. Maddi imkanı qənaətbəxş olmadığından, qalan borcunu ödəyə bilməyib. Məhkəmədə izahat verən tələbkar X4 göstərmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 2(010)-116/2015 saylı icra vərəqəsinə əsasən Şəxs Şıxəli qızının ona qarşı «əqdin etibarsız hesab edilməsi» tələbi təmin edilməmişdir. Onun Şəxs Şıxəli qızına qarşı «borcun qaytarılması» tələbi təmin edilməsi, Şəxs Şıxəli qızından 16000 manat məbləğində borc pul onun xeyrinə tutulması qət edilmişdir. Borclu qətnamə qəbul edildiyi gündən bu günə qədər ona olan borcundan 900 manat ödəniş etmişdir. Halhazırda borclunun 15100 manat borcu vardır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22.01.2015-ci il tarixli, 2(010)-116/2015 saylı icra vərəqəsinə əsasən İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şəxs Şıxəli qızının ilk iddia üzrə cavabdeh və qarşilıqlı iddia üzrə iddiaçı X3 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbi təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Şəxs Şıxəli qızına qarşı «borcun qaytarılması» tələbi təmin edilməsi, Şəxs Şıxəli qızından 16000 manat məbləğində borc pul X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, 05.05.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu Şəxs Şıxəli qızına dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Şıxəli qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı işdə” (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini ««xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs Şıxəli qızına cəza təyin edərkən, onun törətdiyi inzibati xətanı etiraf etdiyini, qadın olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Şıxəli qızı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar