Məhkəmə qərarları › İş №3(010)-692/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-692/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-692/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 14 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 14 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərarın ləğvinə dair şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, MN seriyalı ******* nömrəli qərar 14 dekabr 2020-ci ildə verilib. Şikayət isə məhkəməyə 06 may 2021-ci ildə təqdim edilmişdir. Şikayətdə qərarın surətinin X3 tərəfindən 05 may 2021-ci ildə əldə olunduğu göstərildiyinə baxmayaraq, bu hal heç bir sübutla təsdiq olunmur. Beləliklə, təqdim olunmuş sənədlərlə X2 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 14 dekabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğvinə dair X2 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar