Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-693/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Günduz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs 22 mart 2021-ci il tarixdə X2, aralarında yaranmış mübahisə zəminində döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, qardaşı Rəşadla münasibətləri soyuq olduğu üçün 4 ildir ki, atasını görmür, bu səbəbdən də 22.03.2021-ci il tarixdə atasının yaşadığı ünvanda gəlmiş və atasının evinin pis şəraitdə olması, oranın təmizləməməsi və atasının əyin başına baxmadığı üçün X3 öz iradını bildirmişdir. Bu zaman X4 onunla mübahisə etməyə başlayaraq, onun saçını yolmuşdur. Bu zaman o, qışqırmağa başlamış və səs-küyə gələn qardaşı İslam onları aralamışdır. Münaqişə zamanı o, X2 döyməmişdir, əksinə olaraq, sonunju onu döyərək, saçını yolaraq xəsarətlər yetirmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 bildirmişdir ki, 22.03.2021-ci il tarixdə saat 12 radələrində o, yaşadığı evdə olduğu zaman baldızı Şəxs onun yaşadığı evə gəlib, evin girişində əlinə çəkic alaraq, onu çölə çağırmış, səbəbsiz olaraq həyətyanı torpağın satılması üstündə mübahisə edib, ona qarşı fiziki güc tətbiq edərək, sol əlinin barmaqlarından dişləmiş və saçını yolmuş, bu zaman qonşu həyətdə yaşayan İslam da onu söyüb təhqir edərək, onun üzünə tüpürüb, əli ilə onu geri itələmişdir. Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş 26.03.2021-ci il tarixli 261 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Vət.Q.A.İslamovada aşkar edilmiş xəsarətlər - sol əlin İİİ və İV barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən 22.03.2021-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlər Q.A.İslamovanın həm özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilə bilərdilər. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi, inzibati xətanı törətmiş şəxsin qadın olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Anar İbrahimov Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-693/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-693/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver