Məhkəmə qərarları › İş №3(010)-694/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-694/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-694/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Günduz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1990-cı ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ucar rayonunun Qaracallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs 22 mart 2021-ci il tarixdə X2, aralarında yaranmış mübahisə zəminində döyərək, sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, 22.03.2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdə olduğu zaman baldızı X3 onun yaşadığı evə gəlib, evin girişində əlinə çəkic alaraq onu çölə çağırmış, səbəbsiz olaraq həyətyani torpağın satılması üstündə mübahisə edib, fiziki güc tətbiq edərək, onun sol əlinin barmaqlarından dişləmiş saçından yolmuş, bu zaman qonşu həyətdə yaşayan qaynı İslam da Gövhərə köməyə gələrək və onu söyüb təhqir edərək üzünə tüpürüb, əli ilə onu geri itələmişdir. Münaqişə zamanı o, Gövhəri döyməmiş, sonunjuya hər hansı bir xəsarət yetirməmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, onun qardaşı Rəşadla münasibətləri soyuq olduğu üçün 4 ildir ki, atasını görmür, bu səbəbdən də 22.03.2021-ci il tarixdə atasının yaşadığı ünvanda gəlmiş və atasının evinin pis şəraitdə olması, oranın təmizləməməsi və atasının əyin başına baxmadığı üçün Şəxs iradını bildirmişdir. Şəxs onunla mübahisə etməyə başlayaraq, onun saçını yolmuşdur. Bu zaman o, qışqırmağa başlamış və səs-küyə gələn qardaşı İslam onları aralamışdır. Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş 27.03.2021-ci il tarixli 259 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Vət. G.H.Abasovanın bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: təp nahiyəsində tüklərin travmatik yolunması, sağ mil-bilək oynağının sıyrıqları.Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsvi; hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 22.03.2021-ci il tarixdə əmələ gələ bilər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətləri: digər şəxs tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Lakin xəsarətlərin şəxsi: özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, münaqişənin ailə-məişət mübahisəsi zəminində baş verməsi, inzibati xətanı törətmiş şəxsin qadın olması iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar