Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-694/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızınınsədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, 01.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 4-cü ərazi X1 İdarəsinə və Şəxs MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflərin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokol onunla əsaslandırılmışdır ki, 01.04.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən “Bravo” supermarketdə planlı YTM keçirilərkən YTQ №=01-2001 10.4 və YTQ 01-2001 2.5 bəndinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş yanğın-texniki müayinə qərarından, yoxlama suallarının siyahısından, yanğın-texniki müayinə aktından və yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 01027 nömrəli qərardan görünür ki, Şəxs MMC -yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən “Bravo” supermarketdə planlı YTM keçirilərkən YTQ №=01-2001 10.4 və YTQ 01-2001 2.5 bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş yanğın-texniki müayinə qərarı ilə və əlavə edilmiş digər sənədlərlə təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC -yə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən “Bravo” supermarketdə planlı YTM keçirilərkən YTQ №=01-2001 10.4 və YTQ 01-2001 2.5 bəndinin tələbləri pozulmuşdur. Belə ki, qeyd olunan ünvanda yerləşən supermarketdə baş verə biləcək müxtəlif bədbəxt hadisə zamanı insanların təxliyyə olunması üçün tərtib olunmalı “Təxliyyə” planı ilə təmin olunmamış və obyektlərin avtodayanacağında və iş otaqlarında mövcud olan ilkin yanğın söndürmə balonları nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla da Şəxs MMCAzərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMCbarəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-694/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-694/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver