Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-704/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, Bakı şəhər DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru polis baş serjantı X1 inzibati tənbeh vermə xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından Məhərrəmov İlqar-Qoca Qiyas oğlunun şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər DYPİ-nin müşayiət-eskort bölüyü YPX inspektoru polis baş serjantı X2 xx xxx 2020-ci ildə Məhərrəmov İlqar-Qoca Qiyas oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə TP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni tarixli İXP seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilərək 40 manat miqdarında cərimə etmişdir. Məhərrəmov İlqar-Qoca Qiyas oğlu həmin qərardan şikayət verib. Məhərrəmov İlqar-Qoca Qiyas oğlu şikayətində bildirir ki, xx.xx.2020-ci ildə “Changan” minik markalı 90PF830 dövlət qeydiyyat nişanlı avtomobillə Niyazi və İstiqlaliyyət küçələrinin kəsişməsində hərəkətdə olarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlamanın səbəbi kimi dönmə əməliyyatı edərkən işiq siqnalından istifadə etmədiyi bildirildi. O, qayda pozuntusu ilə razılaşmış və DYP əməkdaşı ona inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolun surətini çıxartmaq üçün avadanlığın yolun əks istiqamətində olan avtomobilində olduğunu bildirdiyində protokolu şəxsi kabinetində görəcəyi üçün ona əziyyət verməyib protokolu almadan yoluna davam etmişdir. Ertəsi gün şəxsi kabinetdə protokola baxarkən qayda pozuntusunun işiq siqnalından istifadə etməmə deyil, manevr etmə qaydasını pozma olduğunu görmüşdür. Bu barədə Bakı şəhər BPİ DYPİ-nə müraciət etmişdir. xx.xx.2020-ci ildə ona cavab verilmişdir ki, o, həqiqətən işiq siqnallarından istifadə etmədiyi üçün saxlanılıb. Buna baxmayaraq qərar ləğv edilməmişdir. Şikayətinin təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Məhərrəmov İlqar-Qoca Qiyas oğlu gəlməmiş, Bakı şəhər BPİ DYPİ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə həmin şəxslərin iştirakı olmadan mümkün saymışdır. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin edilməlidir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 Məhərrəmov İlqar-Qoca Qiyas oğluna ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin müvafiq məzmunlu müraciəti araşdırılmış və yol sahəsində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış videogörüntü də nəzərə alınmaqla müəyyən edilmişdir ki, o, xx xxx 2020-ci ildə “Changan” markalı 90PF830 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Niyazi və İstiqlaliyyət küçələrinin kəsişməsində hərəkətdə olub dönmə əməliyyatını yerinə yetirərkən xarici işıq cihazlarından istifadə etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhərrəmov İlqar- Qoca Qiyas oğlunun göstərilən əməlinin tövsifi məsələsinə baxılarkən onun əməlində İXMnin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın mövcud olub-olmaması məsələsinə qiymət verilməli idi. Belə ki, həmin maddə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə məsuliyyət nəzərdə tutur. İşin faktik hallarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 yuxarıda göstərilən məsələyə ümumiyyətlə qiymət verməmiş, Məhərrəmov İlqar-Qoca Qiyas oğlunun əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozduğu qənaətinə gələrək onun əməlini Azərbaycan Respublikası CM-nin 327.1-ci maddəsinə tövsif etmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Bakı şəhər DYPİ müşayiət-eskort bölüyü YPX inspektoru polis baş serjantı X1 Məhərrəmov İlqar-Qoca Qiyas oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilməsinə dair xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X5 göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-704/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-704/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver