Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-706/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, X1, xx xxxxxx 1990-cı ildə Bərdə rayonunun Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 54Z2F6Z, subay, Bərdə rayonunun Otuzikilər kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi Məhəmməd Əhmədbəylinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi Məhəmməd Əhmədbəylinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarla R.S.Quliyev 50 manat məbləğində inzibati cərimə olunmuşdur. xx xxxx 2020-ci il tarixdə X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi Məhəmməd Əhmədbəylinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərarından verdiyi şikayət Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. X2 şikayətində faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 6 nömrəli evdə yaşadığını qeyd etsə də, lakin şikayətinə həmin evin onun icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev olmasına, habelə yaşayış yerinə gəldikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınmasına dair hər hansı bir sübut əlavə etməmişdir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətə əlavə edilmiş AZE seriyalı, 16183876 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, R.S.Quliyev Bərdə rayonunun Otuzikilər kəndində qeydiyyatdadır. Habelə şəxsiyyət vəsiqəsi məlumatların portalından görünür ki, R.S.Quliyevin yaşayış yeri Bərdə rayonunun Otuzikilər kəndidir. Beləliklə işdə olna sübutlarla təsdiq olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi, 6 nömrəli ev faktiki olaraq R.S.Quliyevin yaşayış yeri yox, onun olduğu yerdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi Məhəmməd Əhmədbəyli tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərardan verdiyi şikayət üzrə materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-706/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-706/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver