Məhkəmə qərarları › İş №3(010)-707/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-707/2020

14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-707/2020 14.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qız,məhkəmə iclas katibiƏləmşahova Aytəkin Aqil qızının katibliyi ilə, x3, 25 noyabr 1984-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 610B267L, evli, 2 yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən x4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 14 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 3(010)-120/2020 saylı İnzibati xəta haqqında iş üzrəqərarı ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində inzibati xətanın obyekti olmuş 4.561.417 (dörd milyon beş yüz altmış bir min dörd yüz on yeddi) Rusiya rublu vəsaitin 20 (iyirmi) faizi miqdarında, 912.284 (doqquz yüz on iki min iki yüz səksən dörd) Rusiya rublu məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. 11 aprel 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən isə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icra edilməsinə nail olmaq üçün bütün lazımi tədbirlər görmədən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxslərə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: x1 inzibati xəta törədilməsi haqqında 14 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* saylı protokol,onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x2 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar