Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-711/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2 iştirakı ilə X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X3 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi (baş əmək müfəttiş X10) xx xxxx 2020-ci ildə X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, X11 vətəndaşlar Mirzəzadə Şöhrət Üzeyir oğlunu və X4 əmək müqavilələri hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi (rəis X12) xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilərək 3.000 manat miqdarında cərimə etmişdir. X11 həmin qərardan şikayət verib. Şikayətdə bildirilir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinə müraciət edərək Mirzəzadə Şöhrət Üzeyir oğlunun və X1 “İst Food” restoranında əmək hüquqlarının pozulduğunu bildirmişdir. Bununla əlaqədar yuxarıda qeyd olunan protokol və qərar tərtib edilib. X11 həmin qərarla hüquqlarının pozulduğunu qeyd edir. Belə ki, müraciət araşdırılarkən vətəndaşlar Mirzəzadə Şöhrət Üzeyir oğlu və X8 DƏMX-nin Bakı şəhər idarəsinə dəvət olunmuş və onlardan izahat alınmışdır. xx.xx.2020-ci ildə onlar yazdıqları izahatlarında “İst Food” restoranından və rəhbərliyindən heç bir şikayətlərinin olmadıqlarını bildirərək müraciətin araşdırılmasının dayandırılmasını xahiş etmişlər. Həmçinin bununla bağlı işə baxılarkən xx xxxx 2020-ci ildə nümayəndələri DƏMX-nin Bakı şəhər İdarəsində olarkən müraciətdə adlan qeyd olunan şəxslərin “İst Food” firması ilə əmək münasibətlərində olmadıqları barədə məlumat vermişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X10 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, şikayətin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X11 şikayətinə məhkəmədə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Nümayəndəni dinləyib, işin faktik hallarını araşdıraraq hesab edirəm ki, şikayət təmin olunmalıdır. Məsələ ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət müəyyən edir. Həmin Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipini müəyyən edən 8.1, 8.2, 8.3cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, o cümlədən Mirzəzadə Şöhrət Üzeyir oğlunu və X4 əmək müqavilələri hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi halları Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində inzibati xəta haqqında iş üzrə icraat dövründə toplanmış və nümayəndə X10 tərəfindən işin məhkəmə baxışı zamanı təqdim edilmiş sənədlərdən görünür ki, Mirzəzadə Şöhrət Üzeyir oğlu və X8 həmin idarədə izahat verərək “İst Food” restoranında işləmədiklərini, həmin restorandan və onun rəhbərliyindən şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. Qeyd olunmalıdır ki, həmin şəxslərin “İst Food” restoranında ümumiyyətlə nə vaxtsa işlədikləri, həmçinin bu restoranın X6 aidiyyətinin olması, o cümlədən göstərilən şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X11 tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları iş materialları, həmçinin nümayəndə tərəfindən məhkəmədə təqdim olunmuş materialla təsdiq edilmir. Belə olan halda X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən «inzibati xəta hadisəsi olmadıqda», «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında» qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi X7 X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-711/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-711/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver