Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-712/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, X1nın iştirakı ilə 29 avqust 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi 16 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 25.10.2017-ci il tarixli 2(010)-6885/2017 nömrəli icra sənədinə əsasən 18 iyul 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutularaq X1na verilməlidir. Bundan əlavə Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 10.02.2020-ci il tarixli 2(010)-593/2020 nömrəli icra sənədinə əsasən Şəxs cəmi 11092 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar “X12” MMC-nin xeyrinə ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi 03.06.2019-cu il tarixdə şöbənin icraatına daxil oılmuş, icra sənədi icraata daxil olduqdan sonra müvafiq qaydada icrrata başlanılaraq tərəflərə qərar və bildiriş göndərilmişdir. 15.08.2019-cu ildə borclu icra şöbəsinə dəvət olunmuş ona icra sənədinin mahiyyəti və tələbi izah olunmuş, o toplanmış aliment borcunun heç bir yerdə işləmədiyi səbəbindən ödəyə bilmədiyini qeyd etmişdir. Borclu tez bir zamanda işə düzəldiyi təqdirdə ödəyəcəyini izahatında qeyd etmişdir. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. 08.11.2019-cu il tarixdə borclu barəsində inzibati protokol tərtib olunaraq Suraxanı Rayon Məhkəməsinə hüquqi qiymət verilməsi məqsədi ilə müraciət olunmuş, məhkəmə borcluya toplanmış alimentin ödənilməsi məqsədi ilə prosesi 22.11.2019-cu il saat 10:00 təxirə salmış, lakin borclu təyin olunmuş vaxtda məhkəməyə üzürsüz səbəbdən gəlməmişdir. Bu səbəbdən borclu barəsində təkrar olaraq axtarış qərarı qəbul olunaraq icra olunması üçün Suraxanı Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Suraxanı Rayon Polis idarəsinin əməkdaşları tərəfindən borclu 08.05.2021-ci il tarixdə saxlanılaraq şöbəyə təqdim olunmuşdur. Borclu bu günədək 6.720 manat aliment pulu ödəməli olduğu halda cəmi 800 manat ödəmişdir. Bu günə borclunun ödənilməmiş aliment borcu 5920 manat, “X12” MMC-nin xeyrinə ödənilməmiş borcu 11.092 manat təşkil edir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, əslində borclu aliment ödəmək üçün kifayət qədər maddi imkana malikdir və əgər alimenti vaxtlı-vaxtında ödəsəydi bu miqdarda borcu yaranmazdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən icra sənədləri üzrə borcların mqdarlarını da nəzərə alır. Göstərilənlərə əsasən Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 16 may 2021-ci il tarixindən saat 19.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-712/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-712/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver