Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-717/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X4, X2nın iştirakı ilə xx xxxx 1984-cü ildə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayonu İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi 17 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən 03 may 2019-cu ildə verilmiş 19 mart 2019-cu il tarixli 2(001)- 3237/2019 nömrəli icra vərəqəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 12 may 2014cü il tarixli 2(010)-2777/2014 saylı qətnaməsi ilə 25 oktyabr 2010-cü il təvəllüdlü X1 üçün Şəxs tutulan alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla 25 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün Şəxs hər ay 154 manat aliment X5 xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 18.01.2021-ci ildə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanaraq tələbin könüllü icrası haqqında borclu Şəxs bildiriş verilmişdir. Borclu Şəxs könüllü icra üçün verilmiş müddətdə borcunu tələbkarın xeyrinə ödəmədiyindən onun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlakı müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, hazıradək borcundan ödəniş etməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirməmişdir. Borclunun şöbədə verdiyi izahatında pulu olmadığı üçün ödəniş etmədiyini göstərmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Bununla da, Şəxs təyin olunmuş borcunu ödəməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun aliment borcu 2026 manat təşkil edir. İcra məmuru sonrakı məhkəmə iclasında bildirmişdir ki, borclu tələbkarın xeyrinə aliment borcundan 1.000 manat ödəniş etmiş, qalan borcunu aylıq aliment miqdarından daha artıq miqdarda ödəniş etməklə bağlayacağına dair tələbkarla razılıq əldə etmişdir. X2 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu ilə razılığa gəlib. Borclu Şəxs 1.000 manat ödədiyini və qalan borcu hissə-hissə ödəyəcəyini nəzərə alaraq ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu bir dəfəyə tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. İcra sənədinin icrasından yayınmır. Bu gün tələbkara borcundan 1.000 manat ödəniş etmiş, qalan borcunu aylıq aliment miqdarından daha artıq miqdarda ödəniş etməklə tam ödəyəcəyinə dair tələbkarla razılıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 1.000 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-717/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-717/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver