Məhkəmə qərarları › İş №3(010)-724/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-724/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-724/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə Suraxanı rayon DYPŞ-nin polis polkovnik leytenantı X3 inzibati tənbeh vermə haqqında xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon DYPŞ-nin polis polkovnik leytenantı X3 xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərar xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. X4 həmin qərardan şikayət verib. X4 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, xx xxx 2020-ci ildə saat 08 radələrində özünə məxsus “Renault Megane” minik markalı 99UT487 dövlət qeydiyyat nişanlı avtomobillə İ.Musayev küçəsi ilə hərəkət edərkən yolda qurulmuş stasionar posta çatmadan YPX əməkdaşı onu saxlayaraq 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xəttinin tələblərini pozduğunu bildirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. Bununla razılaşmamış və bildirmişdir ki, hərəkət etdiyi yolda ümumiyyətlə heç bir, o cümlədən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətləri yoxdur. Bununla yanaşı YPX əməkdaşı qarşıda stasionar post qurulması səbəbindən yolun daraldığını da nəzərə almayıb. Buna baxmayaraq YPX əməkdaşı inzibati xəta haqqında protokol tərtib etmiş, o, həmin protokolu razılaşmadığına görə imzalamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmçinin qeyd edir ki, baş vermiş hadisənin videoyazısının ona nümayiş etdirilməsini dəfələrlə tələb etdiyinə baxmayaraq, həmin video görüntü ona göstərilməmiş, barəsində xx xxx 2020-ci ildə qərar qəbul olunaraq 100 manat miqdarında cərimə edilmişdir. Şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı rayon DYPŞ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə Suraxanı rayon DYPŞ nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin mobil telefon vasitəsilə çəkdiyi və məhkəmədə nümayiş etdirdiyi videoyazıdan görünür ki, həqiqətən də onun hadisə vaxtı hərəkət etdiyi yolda 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətləri yoxdur. Bunun əksi iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, hadisənin videoyazısının ona nümayiş etdirilməsini dəfələrlə tələb etmiş, lakin bu videoyazı ona təqdim edilməmişdir. Bu halın əksi də işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Bunlar İXM ilə müəyyən edilmiş prosessual tələblərin pozulması və iş üzrə əhəmiyyət kəsb edən bütün faktik halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 153.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. Suraxanı rayon DYPŞ-nin polis polkovnik leytenantı X3 X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair xx xxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı rayon DYPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar