Məhkəmə qərarları › İş №3(010)-725/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-725/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-725/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 iştirakı ilə X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi (baş əmək müfəttiş X7) xx xxxx 2020-ci ildə X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, X8 vətəndaşlar Mirzəzadə Şöhrət Üzeyir oğlunu və X3 əmək müqavilələri hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin vəzifəli şəxsi (rəis X9) xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilərək 3.000 manat miqdarında cərimə etmişdir. X8 həmin qərardan şikayət vermiş, bu şikayət xx xxxx 2020-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olaraq 3(010)-725/2020 nömrəsi ilə qeydə alınmışdır. Qeyd olunur ki, X8 eyni məzmunlu şikayətlə daha əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin şikayət xx xxxx 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə daxil olaraq 3(010)-1530/2020 nömrəsi ilə qeydə alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə X2 şikayəti və ona əlavə edilmiş sənədlər Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və xx xxxx 2020-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olaraq 3(010)-711/2020 nömrəsi ilə qeydə alınmışdır. Həmin, yəni 3(010)-711/2020 nömrəli işə Suraxanı Rayon Məhkəməsində baxılaraq xx xxxxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin rəisi X5 X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair xx xxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, X2 eyni məzmunlu şikayəti üzrə məhkəmənin yekun qərarı mövcuddur. Hesab edirəm ki, bu hal həmin şikayətə yenidən məhkəmə qaydasında baxılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 şikayəti üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar