Məhkəmə qərarları › İş №3(010)-732/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-732/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-732/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Bakı şəhər Ekologiya və X2 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2016-cı il tarixli BD-084 nömrəli qərarının ləğvinə dair X3 adından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X5 Bakı şəhər Ekologiya və X1 şəxsinin inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2016-cı il tarixli BD-084 nömrəliqərarına əsasən Azərbaycan Respublikası İXM-nin 266.1ci maddəsi ilə təqsirli bilinərək 800 manat miqdarında cərimə edilmişdir. X4 adından həmin qərarın ləğvinə dair şikayət verilib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd olunur ki, şikayət imzalanmayıb. Belə olan halda, şikayətin məhz X5 tərəfindən verilməsi halı müəyyən olunmur. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Eyni Məcəllənin 126.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər». Azərbaycan Respublikası İXM-nin 125.2.2 və 125.2.3-cü maddələrinə əsasən «eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir», «inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir». Yuxarıda qeyd olunduğu kimi, xx xxxxxx 2016-cı il tarixli BD-084 nömrəliqərar xx xxx 2020-ci ildə verilib. Şikayət isə məhkəməyə xx xxxx 2020-ci ildə təqdim edilib. Beləliklə, təqdim olunmuş sənədlərlə Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Bakı şəhər Ekologiya və X2 vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2016-cı il tarixli BD-084 nömrəli qərarının ləğvinə dair X3 adından verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar