Məhkəmə qərarları › İş №3(010)-732/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-732/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-732/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızınınsədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 4-cü ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 4-cü ərazi X5 İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 4-cü ərazi X5 İdarəsinə və "xxxx" MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin tərəflərin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokol onunla əsaslandırılmışdır ki,xx.xx.2023-cü il tarixlərində Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolunda yerləşən "xxxx" MMC-yə məxsus ambar və Sub icarə obyektində planlı YTM keçilməsi nəzərdə tutulsa da, obyekt rəhbərliyi tərəfindən “X3 Qanunun” 6-cı maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 4-cü ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli akta əsasən, təsdiq olunmuş “İş Planı’’na, Ədliyyə Nazirliyinin Sahibkarlıq X2 Vahid Məlumat Reyestri xüsusi idarələrarası Dövlət informasiya ehtiyyatı proqramından əldə olunmuş KY231879968 nömrəli “Çıxarış”a və “X1 Haqqında” xx.xx.2023-cü il tarixli, 00255 nömrəli Qərara əsasən 24-30 yanvar 2023-cü il tarixlərində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolunun şimal-qərb hissəsində yerləşən, "xxxx" MMC-nə məxsus anbar sahəsi və sub icarə obyektində planlı YTM keçirilməsi nəzərdə tutulsa da, yoxlama müddəti ərzində obyektə dəfələrlə müraciət olunmuş, lakin obyektin səlahiyyətli nümayəndələri tərəfindən yoxlama keçirilməsinə şərait yaradılmamış, yoxlamaya dair müvafiq sənədlər təqdim edilməmişdir. Bununla da, obyekt rəhbərliyi tərəfindən “X3" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş yanğın-texniki müayinə qərarı ilə və əlavə edilmiş digər sənədlərlə təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məxsus Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı- Hövsan yolunda yerləşən ambar və Sub icarə obyektində planlı YTM keçilməsi nəzərdə tutulsa da, obyekt rəhbərliyi tərəfindən “X3 Qanunun” 6-cı maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Belə ki, "xxxx" MMC-nə məxsus anbar sahəsi və sub icarə obyektində planlı YTM keçirilməsi nəzərdə tutulsa da, yoxlama müddəti ərzində obyektə dəfələrlə müraciət olunmuş, lakin obyektin səlahiyyətli nümayəndələri tərəfindən yoxlama keçirilməsinə şərait yaradılmamış, yoxlamaya dair müvafiq sənədlər təqdim edilməmişdir. Bununla da "xxxx"MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Suraxanı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar