Məhkəmə qərarları › İş №3(010)-732/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-732/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-732/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X5 katibliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi EQ seriyalı 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2025-ci il tarixində idarə etdiyi özünə məxsus KİA SPORTAGE markalı, ** RS *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində Sabir bağı istiqamətində hərəkət edərkən xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanmaqla AR İXM-nin 327.2-ci maddəsinin (3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) tələblərinin pozulmasına görə barəsində dərhal EQ 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 100 AZN cərimə olunmuşdur. Həmin qərara əsasən o, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində (Sabir bağı istiqamətində) yolun sağ tərəfinə quraşdırılmış 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq hərəkəti davam etdirməklə və giriş qadağan olunmuş əraziyə girməklə inzibati xəta hadisəsi törətməkdə ittiham olunmuşdur. Əraziyə iki yol nişanı quraşdırılmışdır. 1-ci nişan: 3.1 “Giriş qadağandır” qadağan yol nişanı və 2-ci nişan: 7.4.4 “Avtobus” əlavə məlumat nişanı. Əlavə məlumat nişanının alt hissəsində qara hərflərlə “istisna” sözləri qeyd edilmişdir. Belə ki, X1 həmin fotogörüntüdə olan göstərilən yol nişanı mövcud deyildir. O, həmin nişanı məhz minik avtomobilləri deyil, avtobuslar üçün qadağan edilmiş yol kimi başa düşmüşdür. Hazırki halda da qanuna zidd olaraq sübutlar əldə edildiyindən, hesab edir ki, AR İXM-nin 327.2-ci maddəsi üzrə qəbul edilmiş EQ 25729781 nömrəli, 25.01 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qanunvericiliyin tələbləri pozulması şəraitində qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə qəbul edilmiş EQ 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında ləğv edilsin və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsinin məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişin göndərilməsinə baxaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirməmiş, bu barədə sübutlar təqdim etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında təhqiq edilmiş foto-görüntülərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət prospektində Sabir bağı istiqamətində hərəkət edərkən xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanmaqla AR İXM-nin 327.2-ci maddəsinin (3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması) tələblərinin pozulmasına görə barəmdə dərhal EQ 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilərək 100,00 AZN cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında X2 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto-görüntülər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi KİA SPORTAGE markalı, ** RS *** dövlət nömrə nişanlı avtomobili idarə edən X4 tərəfindən Səbail rayonu, İstiqlaliyyət prospektində Sabir bağı istiqamətində baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş fotogörüntülərdən də müşahidə edilmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilmiş İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntuları şikayət etmiş şəxs həqiqətən törətmiş, belə ki, həmin fotogörüntü zamanı şikayət vermiş şəxsin əsas gətirdiyi maddənin tələbi olan müddəalar, yəni yol nişanının başa düşülməməsi və qanunda nəzərdə tutulmamış nişanın mövcudluğu halı aşkar edilməmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-100 manat məbləğində cərimə edilir. X6 Azərbaycan Respublikası qanunun 64-cü maddəsinə əsasən: İ. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İİ. Onların dairəvi forması, ağ fonu, 3.27—3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. İİİ. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. İV. 3.2—3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir. V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 1) 3.1—3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 — ümumi istifadədə olan nəqliyyat vasitələrinə; 2) 3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 3) 3.28—3.30 — taksometri işləyən taksilərə; 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə;[254] 5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Vİ. 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Vİİ. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur. Vİİİ. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 1) 3.16 və 3.26 nişanları üçün — 7.2.1 lövhəciyi tətbiq etməklə; 2) 3.20, 3.22, 3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar; 3) 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. İX. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 25729781 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar