Məhkəmə qərarları › İş №3(010)-734/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-734/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-734/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2020-ci ildə qəbul olunmuş TP seriyalı ******* nömrəli qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərardan şikayət verib. X3 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, xx.xx.2020-cİ il tarixində səhhətində olan problemlə bağlı “Modern Hospital” klinikasında fizioterapiya müalicə kursundan evə qayıdarkən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşı, polis kapitanı Şahin Sadıqov tərəfindən saxlanılmış və ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə isə MN ******* saylı “inzibati tənbehvermə haqqında” qərar qəbul edilmiş, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli 100-6278-1220 saylı arayışı ilə xx.xx.2020-ci il tarixdə 17:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə saylı inzibati protokol tərtib olunaraq 200 manat məbləğində inzibati cərimə edildiyini bildilmişdir. O, barəsində qəbul olunmuş qərarla razı deyil və həmin qərarı tamamilə qanunsuz hesab edir. Belə ki, o, uzun müddətdir ki, boyun fəqərələrində olan problemlə bağlı əziyyət çəkir və Modern Hospital klinikasında fizioterapiya kursları keçir. Bu hal Modern Hospital klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1786 saylı tibbi arayışlada sübut olunur. Polis əməkdaşı tərəfindən saxlanılarkən qeyd edilən arayışı təqdim edilmiş, lakin polis əməkdaşı buna önəm verməmişdir. Baxmayaraq ki, qeyd edilən arayışda 1983-cü il təvəllüdlü X2 həqiqətən də, xx.xx.2020-ci il tarixdə “ Modern Hosital” klinikasında fizioteapevtin müayinəsində olması, ona “Boyun fəqərələrinin protruziyası” diqnozunun qoyulması, xəstəyə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fizioterapiya prosedurunun təyin edildiyi qeyd olunmuşdur. O, eyni Polis əməkdaşına fizioterapiya kursunun bir neçə dəqiqə deyil, bir neçə saat çəkdiyini və bu prosedurun vaxt apardığını bildirmişdir. Lakin Polis əməkdaşı onun dediklərinə məhəl qoymamış və barəsində qeyd edilən qərar tərtib etmişdir. O, həmin qərarı tam qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən barəsində olan qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üc min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək möddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMS-məlumatda” sözlərindən sonra “və ya E- Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin rejimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. Bu qaydalar, həmçinin, təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar olan hallara aiddir. Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Şikayətə əlavə edilmiş Modern Hosbital klinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, 1983-cü il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixində “Modern Hosbital” klinikasında fizioterapevtin müayinəsində olmuşdur. Eyni zamanda arayışda xəstəyə xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək fizioterapiya prosedura təyin edildiyi qeyd olunmuşdur. X3 məhkəmə iclasında xx.xx.2020-c il tarixdə yaşayış yerini SMS icazə ilə tərk etdiyini bildirsə də, lakin həmin tarixdə onun yaşayış yerini SMS icazə vasitəsilə tərk etməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla da, müəyyən olunmuşdur ki, X1 zaman SMS icazəsi olmamışdır. Beləliklə, X2 elə özü tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilir ki, X2 xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək Modern Hosbital” klinikasında fizioterapiya prosedurunda olmuşdur. X2 barəsində inzibati xəta haqqında qərar tərtib edildiyi vaxt (xx.xx.2020-ci ildə saat 17.30-da) yaşayış yerini tərk etmək icazəsi olmamışdır. Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, X2 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilməsinə dair Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin vəzifəli şəxsinin xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar