Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-735/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu İnzibati xəta haqında protokolun və inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı X1 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində olan inzibati xəta haqında protokoldan və inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Şikayətçinin şikayət etdiyi qərar məhkəməyə təqdim edilməyib. Belə olan halda həmin qərarın mövcud olub-olmadığı müəyyən edilmir. Belə ki, şikayətçi həmin qərarın Bakı şəhər Dövlət X4 alınması üçün məhkəmə tərəfindən sorğu göndərilməsi barədə vəsasət vermişdir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarın Bakı şəhər Dövlət X4 alınması üçün məhkəmə tərəfindən sorğu göndərilməsi məhkəmənin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Hesab edirəm ki, yuxarıda göstərilənlər icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: İnzibati xəta haqında protokolun və inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğvi ilə bağlı X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-735/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-735/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver