Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-735/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, X1 vəkili Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X3 xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon DYPŞ-nin səhahiyyətli vəzifəli şəxsi xx.xx.2021-ci il tarixdə İXM-nin 327.6-cı maddəsinə əsasən, İXP ******* saylı protokol tərtib edərək, həmin tarixdə də TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Səbəb isə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 30 noyabr 2020-ci il tarixli qərarında müdafiə etdiyi X3 barəsində AR İXM-nin 327.6-cı maddəsinə əsasən (hadisə yerindən yayınma) tələbinin olmasıdır. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmuş, Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevin xx.xx.2020ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ikinci hissəsi - X4 münasibətdə hadisədən yayınma barədə hissəsi qanunsuz hesab edilməklə ləğv edilməklə və İXM-nin 327.1-ci maddəsinə uyğun dəyişdirilməsi və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi müəyyən olunmuşdur. Məhkəmə qərarının icra olunması ilə əlaqədar, Suraxanı RPİ-nin təhqiqatçısı tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə yeni qərar qəbul olunmuş, həmin qərara əsasən X3 əməli İXM-nin 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Digər tərəfdən isə X4 qarşı Xalq Sığorta ASC tərəfindən subroqasiya qaydasında iddia irəli sürülmüş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş, iş üzrə apellyasiya şikayəti verilmiş, mülki iş Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, AR İXM-nin 327.6-cı maddəsinə əsasən xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara səbəb olmuş 30 noyabr 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan verilən məhkəmə nəzarəti qaydasında şikayət təmin olunmuş, nəticədə, təhqiqat orqanı xx.xx.2025-ci il tarixli yeni qərarı ilə X3 əməlində 327.6-cı maddəsinin tərkibinin olmaması barədə yeni qərar qəbul etmişdir. Buna görə də xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan məhkəmə qaydasında ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən X1 vəkili Vəkil şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 21:00-da H.Əliyev prospektində idarə etdiyi “AUDİ A4” minik markalı, 90OC007 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 100 manat məbləğində cərimə edilmişdir; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə X5 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, X3 Suraxanı RPİ-nin DYPŞ-də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə cəlb edildiyi inzibati məsuliyyət yanlış olduğu üçün həmin inzibati xəta haqqında protokol ləğv edilmiş və material üzrə qəbul edilmiş qərarın surəti əməli törətmiş X3 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1562/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 4720 (dörd min yeddi yüz iyirmi) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 67,2 (altmış yeddi manat 20 qəpik) dövlət rüsumu olmaqla, cəmi 4787,20 (dörd min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6(010)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X5 tərəfindən verilmiş şikayət təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ikinci hissəsi - X4 münasibətdə hadisədən yayınma barədə hissəsi qanunsuz hesab edilməklə ləğv edilmiş və İXM-nin 327.1-ci maddəsinə uyğun dəyişdirilmiş və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, material üzrə qəbul edilmiş qərarın surətinin X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 30 noyabr 2020-ci il tarixli qərarı əsasında X5 inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğdə cərimə edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmuş, Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ikinci hissəsi - X4 münasibətdə hadisədən yayınma barədə hissəsi ləğv edilməklə və İXM-nin 327.1-ci maddəsinə uyğun dəyişdirilməsi və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Bunda sonra Suraxanı RPİ-nin təhqiqatçısı tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə yeni qərar qəbul olunmuş, həmin qərara əsasən X3 əməlində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə hazırda şikayət verilmiş qərarın qəbul edilməsinə əsas olmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar həmin hissədə ləğv edildiyindən şikayəti əsaslıdır və buna görə də xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Suraxanı Rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-735/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-735/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver