Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-736/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi x14 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun patronu (köməkçisi) və müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil x2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x11 iştirakı ilə, Şəxs, xx xxxxx 1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 4BMHXWS, ali təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ərzaq məhsulları üzrə satıcı işləyən, İİ-ci qrup əlil, Füzuli rayonu, x18 Dairəsi, Bala Bəhmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 126A nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 21 iyul 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x15 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 9.786 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ondan maddi zərərin əvəzi olaraq 9.756 manat və ödənilmiş dövlət rüsümunun əvəzi qismində 30 manat alınaraq x7 verilməlidir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilsə də maddi imkanı ilə əlaqədar olaraq icra sənədi üzrə ödəməli olduğu pul vəsaitini birdəfəlik ödəyə bilməmişdir. O, icra sənədi üzrə tələbkara borcun hissə-hissə ödənilməsini təklif etsə də, tələbkar onun təklifi ilə razılaşmayaraq borcun birdəfəlik ödənilməsini tələb etmişdir. Eyni zamanda icra sənədinin icrasını həyata keçirən icra məmuruna dəfələrlə müraciət edərək maddi imkanının ağır olduğunu, icra sənədi üzrə tələbin onun əmək haqqına və pensiyasına yönəldilməsini xahiş etdə də, icra məmuru ondan icranın tam təmin edilməsini tələb etmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı icra sənədini tam icra etməyə imkan vermir. Bununla belə o, tələbkara ödənilməsi üçün icra sənədi üzrə 500 manat məbləğində pul vəsaitini icra məmuruna ödəmiş və sonuncu həmin vəsaiti aktlaşdıraraq ondan qəbul etmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini, habelə ağır ürək xəstəsi olduğunu nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs patronu (köməkçisi) və müdafiəçisi x5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və xahişini müdafiə etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru x15 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs 31 yanvar 2019-cu il tarixdə şöbəyə dəvət olunaraq qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilmişdir. Bundan sonra borclunun vəkili 31 yanvar 2019-cu il və 08 fevral 2019cu il tarixli ərizələrlə şöbəyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müvafiq qətnaməsindən apelyasiya şikayəti veriləcəyini bildirmiş, lakin nə borclu, nə də borclunun vəkili tərəfindən apelyasiya şikayətinin verilməsi barədə heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bununla əlaqədar 22 fevral 2019-cu il tarixdə borclunun şöbəyə gətirilməsi təmin edilərək izahatı alınmış və tələbi təmin etməsi üçün ona 28 fevral 2019cu il tarixə qədər vaxt verilmişdir. Borcluya verilmiş vaxt ərzində icra sənədi üzrə tələbkarın xeyrinə heç bir ödəniş edilməmiş və eyni zamanda borclu şöbəyə gəlməkdən yayınmışıdr. Borclunun olduğu yeri müəyyən etmək məqsədi ilə görülmüş tədbirlər heç bir nəticə verməmiş və bu səbəbdən 28 fevral 2019-cu il tarixdə onun axtarılması haqqında müvafiq qərar qəbul edilərək icra olunması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilmişdir. Polis İdarəsi tərəfindən 15 mart 2019-cu il tarixdə borclu barəsində axtarış işi açılmışıdr. İcra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Tələb borclu tərəfindən təmin edilmədiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 03 aprel 2019-cu il tarixli təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmənin 19 aprel 2019-cu il tarixli, 8(010)-411/2019 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. İcra sənədi üzrə borclu 16 oktyabr 2019-cu il tarixdə şöbəyə gələrək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müvafiq qətnaməsindən apelyasiya şikayəti verdiyini bildirmiş və bu səbəbdən icraatın dayandırılmasını xahiş edərək müvafiq sənədləri şöbəyə təqdim etmişdir. Borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müvafiq qətnaməsindən verdiyi apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2(103)-5210/2019 saylı qətnaməsi ilə, Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsindən verdiyi kassasiya şikayəti isə Azərbaycan Respiblikası Ali Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(102)- 7662/2019 saylı qərarı ilə təmin edilməmişdir. Bu səbəbdən Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən şöbəyə ünvanlanmış 27 yanvar 2020-ci il tarixli məktubda icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi xahiş edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu yenidən şöbəyə dəvət olunsa da, o qeydiyyat və yaşayış yerini dəyişdiyini bildirərək icra sənədini aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs həqiqətən də qeydiyyat ünvanının dəyişdiyi məlum olmuşdur. Belə ki, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Bala Bəhmənli kənd x12 üzrə nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışda və elektron icra portalından çıxarışda borclunun Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda oluğu məlum olmuşdur. Göstərilənlər nəzərə alınaraq, icra sənədi icra olunması üçün 30 aprel 2020-ci il tarixli qərarla aidiyyəti üzrə Füzuli Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 saylı icra sənədi 29 iyun 2020-ci il tarixli aidiyyət qərarı ilə Füzuli Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədində qeyd edilmiş borclunun faktiki ünvanına əsasən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qaytarılmış və ica sənədi 08 iyul 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Aidiyyət materiallarına əlavə edilmiş Füzuli Rayon İcra Hakimiyyəti başcısının Bala Bəhmənli kənd x13 üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyun 2020-ci il tarixli arayışda borclunun qeyd edilən kənddə heç vaxt yaşamadığı və onun kənddə hər hansı bir əmlakının olmadığı bildirilmişdir. İcra sənədi şöbəyə daxil olduqdan dərhal sonra borclunun olduğu yeri müəyyən etmək məqsədi ilə müvafiq tədbirlər görülmüş, bununla əlaqədar Bakı şəhəri, Suraxanı rayon, Qaraçuxur qəsəbə nüməyəndəliyinə və bələdiyyəsinə müraciətlər edilmiş, lakin borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 10 iyul 2020-ci il tarixdə onun axtarılması haqqında qərar qəbul edilmiş və qərar icra olunması üçün Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Füzuli rayon Polis Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun icra sənədi tam icra olunanadək məhdudlaşdırılması üçün 10 iyul 2020-ci il tarixli təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuşdur. Borclu barəsində axtarış qərarı qəbul edildikdən sonra borclunun vəkili şöbəyə gəlmiş və Şəxs xəstəliyi ilə əlaqədar müalicə aldlğını bildirmişdir. Bununla əlaqədar borclunun vəkili və hal şahidlərinin iştirakı ilə borclunun faktiki olaraq yaşadığı, qardaşı x8 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 126A nömrəli evə baxış keçirilmişdir. Baxış zamanı borclunun yataq xəstəsi olduğu və müalicə aldığı məlum olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərdən borclunun İstanbul universiteti, x3 Kardiloloji İnstutunda açıq ürək əməliyyatı keçirdiyi və borclunun ürəyinin daxilə nüfuz edilmiş elektron aparatla tənzimləndiyi müəyyən olmuşdur. Borclunun yaşadığı ünvanda olarkən o, 21 iyul 2020-ci il tarixdə şöbəyə gələcəyini bildirmişdir. Borclu 21 iyul 2020-ci il tarixdə şöbəyə gəlmiş və izahatı alınmışıdır. Borclu izahatında ağır ürək xəstəsi olduğunu, xəstəliyi ilə əlaqədar yüksək gəlirli işlərdə işləyə bilmədiyni bu səbəbdən icra sənədinin icrasını tam olaraq təmin edə bilməyəcəyini bildirmişdir. İcraat dövründə borclu tərəfindən 21 iyul 2020-ci il tarixə qədər tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman icra sənədi üzrə 500 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun patronunu (köməkçisini) və müdafiəçisini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs maddi zərərin əvəzi olaraq 9.756 manat və ödənilmiş dövlət rüsümunun əvəzi qismində 30 manat alınaraq x7 verilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x6 20 dekabr 2018-ci il tarixli qərarın və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişin surətlərindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata 20 dekabr 2018-ci il tarixdə başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs faktiki yaşadığı ünvan üzrə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 126A nömrəli evə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən verilmiş 17 dekabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Çöbəsinin icra məmuru x11 təqdimatı təmin edilməmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Bala Bəhmənli kəndi x12 üzrə nümayəndəliyinin arayışından görünür ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində Şəxs məxsus hər hansı əmlak (ev və ya torpaq sahəsi) yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x9 Nazirliyinin x1 sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş 17 iyul 2020-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli qətnaməsinə dair icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru V.Əliyev, Ə.Eminov və T.Bayramov, hal şahidlərinin və Şəxs patronu (köməkçisi) və müdafiəçisi x2 iştirakı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, 126A nömrəli evə baxış keçirilmişdir. Baxış zamanı sözügedən evin borlcunun qardaşı x8 məxsus olduğu, borclu Şəxs yataq xəstəsi olduğu və müalicə aldığı məlum olmuşdur. Belə ki, təqdim edilmiş sənədlərdən borclunun İstanbul universiteti, x3 Kardiloloji İnstutunda açıq ürək əməliyyatı keçirdiyi və borclunun ürəyinin daxilə nüfuz edilmiş elektron aparatla tənzimləndiyi müəyyən olmuşdur. İş materialarında olan Şəxs şəxsi kartoçkasından görünür ki, Şəxs aylıq 250 manat əmək haqqı müqabilində ərzaq malları üzrə satıcı vəzifəsində işləyir, habelə 233 manat pensiya alır. İş materiallarına əlavə edilmiş 21 iyul 2020-ci il tarixli aktın surətindən görünür ki, Şəxs tələbkara ödənilməsi üçün icra sənədi üzrə 500 manat məbləğində pul vəsaitini icra məmuruna təqdim etmiş və həmin vəsait sonuncu tərəfindən aktlaşdırılaraq qəbul olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs 250 manat əmək haqqı və 233 manat pensiya almasına, bununla da onun ümumilikdə 483 manat aylıq gəlirinin olmasına baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönədilməmiş, icra sənədinin icrası Şəxs məlum olmayan əmlakı hesabına icra edilməsi borcludan tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs ümumilikdə 483 manat aylıq gəlirinin olmasına baxmayaraq, icra məmuru tərəfindən tutmanın, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.2-ci maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına və pensiyasına yönədilmədiyini, habelə Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018ci il tarixli, 2(010)-6161/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 500 manat ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(010)-6161/2018 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-736/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-736/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver