Məhkəmə qərarları › İş №3(010)-736/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-736/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-736/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 müdafiəçisi X3 iştirakı ilə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 12 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 12 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında edilmişdir. Göstərilən qərar 12 may 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X2 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 12 may 2021-ci il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərarı 20 may 2021-ci ildə alıb. Qeyd edir ki, 12 may 2021-ci ildə mülkiyyətində olan 90TF912 dövlət qeydiyyat nişanlı avtomobildə anası ilə birlikdə Suraxanı rayonu 10-cu dairə adlanan ərazidə hərəkət edərkən yolun hərəkət hissəsində polis əməkdaşları tərəfindən onun üçün təhlükə yaradılmaqla idarə etdiyi avtomobilin qarşısı kəsilmiş və o, dayandırılmışdır. Polis əməkdaşları özlərini təqdim etmədən, onun avtomobildə qoruyucu tibbi maskadan istifadə etmədiyini bəhanə gətirərək barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında elektron protokol tərtib etmişlər. Buna etiraz etmişdir. Belə ki, həmin vaxt avtomobildə onunla birlikdə yalnız anası olub. Anası ilə bir evdə yaşayır. Bunu polis əməkdaşlarının nəzərinə çatdıraraq eyni zamanda bildirmişdir ki, avtomobildə yalnız ailə üzvü ilə birlikdə olduğu halda tibbi maskadan istifadə etməli deyil. Lakin polis əməkdaşları onun bu etirazına məhəl qoymamışlar. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, idarə etdiyi avtomobil polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt avtomobildə yalnız o, və eyni evdə yaşadığı anası olmuş, bu səbəbdən də tibbi maskadan istifadə etməmişlər. Bu dəlilin həqiqətə uyğun olub-olmadığına dair polis orqanı tərəfindən hər hansısa araşdırma aparıldığı iş materialları ilə müəyyən edilmir. 31-ci polis bölməsi məhkəməyə nümayəndəsini göndərmədiyinə və barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin təqsirliliyini təsdiq edə biləcək heç bir sübut təqdim etmədiyinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin bildirdiklərinin məhkəmə iclasında araşdırılması da mümkün olmayıb. Beləliklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar məhkəməyədək icraat dövründə tam araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsinin 12 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar