Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-737/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X31 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X17 iştirakı ilə, Şəxs, xx xxxxx 1964-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, Şəki rayonunun, Şəki kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Qumlu küçəsi, 23 nömrəli evdə yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X26 tərəfindən Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra vərəqəsinə əsasən ondan cəmi 460.529 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmin icra sənədinin icrası ilə əlaqədar xx xxxx 2020-ci il tarixdə icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində olmuş, həmin vaxt izahatı alınaraq icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyəti barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixdə isə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirlişlə birlikdə ona təqdim edilmişdir. Bu gün yenə də icra məmurunun çağırışı ilə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, icra məmuru, icranın könüllü təmin edilməsi üçün 10 gün müddəti gözləmədən onun barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi qanuna ziddir. Buna görə də Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X26 məhkəmədə bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 saylı icra sənədinə əsasən Şəxs 251.445 manat 77 qəpik məbləğində pul vəsaiti tutularaq, dövlət büdcəsinə ödənilməli, zərərçəkmiş şəxs və tələbkar Məmmədli X30 dəymiş 25.410 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X8 dəymiş 30.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X9 dəymiş 10.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X11 dəymiş 38.655 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X18 dəymiş 39.993 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X10 dəymiş 37.246 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X5 dəymiş 35.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X6 dəymiş 39.220 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X12 dəymiş 50.800 manat məbləğində maddi ziyan (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Şəxs 50.800 manat tutulub X12 ödənilməsinə dair hissədə 46.300 manat çıxılıb 4.500 (dörd min beş yüz) manat saxlanılsın), zərərçəkmiş şəxs və tələbkar X3 dəymiş 13.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X19 dəymiş 5.747 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X4 dəymiş 21.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar Babaşova Şəfiqə Bəhram qızına dəymiş 14.345 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X13 dəymiş 31.033 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X7 dəymiş 7.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X23 dəymiş 5.164 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X1 dəymiş 34.916 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X20 dəymiş 10.800 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X21 dəymiş 53.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X2 dəymiş 3.000 manat məbləğində maddi ziyan Şəxs tutularaq, onlara ödənilməlidir. İcra sənədi üzrə cəmi ödənilməli məbləğ 460.529 (dörd yüz altmış min beş yüz iyirmi doqquz) manat təşkil edir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-6851/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs vurulmuş maddi ziyana görə 34.800 manat və tələbkar tərəfindən ödənilmiş 06 manat 50 qəpik dövlət rüsumu tələbkar X16 ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)-679/2012 nömrəli icra sənədinə əsasən borclu Şəxs 32.800 manat məbləğində pul alınaraq tələbkar X14 verilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 1(011)-136/2018 nömrəli icra sənədinə əsasən borclu Şəxs ekspertiza tədqiqatının dəyəri olan 112 manat pul tutularaq, dövlət büdcəsinə keçirilməlidir. İcra sənədləri xx xxxx 2020-ci il tarixində icraata daxil olmuşdur. Borclu Şəxs xx xxxx 2020-ci il tarixində şöbəyə dəvət olunmuş və müvafiq qaydada izahatı alınmışdır. Borclu izahatında həbsdən yeni çıxdığını, xəstəliklə əlaqədar müalicə aldığını bildirərək borclarını ödəyə bilməyəcəyini bildirmişdir. Borclu Şəxs tələbkarla danışıb razılıq əldə etmək üçün vaxt istəmişdir. Buna uyğun olaraq da borcluya 01 həftə vaxt verilmiş, lakin borclu halhazıradək heç bir ödəniş etmmişdir. Buna görə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 251.445 manat 77 qəpik məbləğində pul vəsaiti tutularaq, dövlət büdcəsinə ödənilməli, zərərçəkmiş şəxs və tələbkar Məmmədli X30 dəymiş 25.410 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X8 dəymiş 30.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X9 dəymiş 10.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X11 dəymiş 38.655 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X18 dəymiş 39.993 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X10 dəymiş 37.246 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X5 dəymiş 35.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X6 dəymiş 39.220 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X12 dəymiş 50.800 manat məbləğində maddi ziyan (Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Şəxs 50.800 manat tutulub X12 ödənilməsinə dair hissədə 46.300 manat çıxılıb 4.500 (dörd min beş yüz) manat saxlanılsın), zərərçəkmiş şəxs və tələbkar X3 dəymiş 13.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X19 dəymiş 5.747 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X4 dəymiş 21.000 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar Babaşova Şəfiqə Bəhram qızına dəymiş 14.345 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X13 dəymiş 31.033 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X7 dəymiş 7.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X23 dəymiş 5.164 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X1 dəymiş 34.916 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X20 dəymiş 10.800 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X21 dəymiş 53.500 manat məbləğində maddi ziyan, zərərçəkmiş şəxs və tələbkar X2 dəymiş 3.000 manat məbləğində maddi ziyan Şəxs tutularaq, onlara ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)- 103/2017 nömrəli icra sənədi üzrə icraata başlanılaraq borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli bildirişin surətindən və onun üzərindəki qeyddən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müdətində könüllü icra edilməsi, qeyd edilən müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. Şəxs həmin bildirişlə xx xxxx 2020-ci il tarixdə tanış olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-6851/2018 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs vurulmuş maddi ziyana görə 34.800 manat və tələbkar tərəfindən ödənilmiş 06 manat 50 qəpik dövlət rüsumu tələbkar X16 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 6851/2018 nömrəli icra sənədi üzrə icraata başlanılaraq borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-6851/2018 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müdətində könüllü icra edilməsi, qeyd edilən müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)-679/2012 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs 32.800 manat məbləğində pul alınaraq, tələbkar X14 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)- 679/2012 nömrəli icra sənədi üzrə icraata başlanılaraq borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)-679/2012 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müdətində könüllü icra edilməsi, qeyd edilən müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-136/2018 nömrəli icra vərəqəsindən görünür ki, borclu Şəxs ekspertiza tədqiqatının dəyəri olan 112 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)- 136/2018 nömrəli icra sənədi üzrə icraata başlanılaraq borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-136/2018 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müdətində könüllü icra edilməsi, qeyd edilən müddət ərzində tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcələrin borcludan tutulacağı qeyd edilmişdir. İş materiallarında olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-6851/2018 nömrəli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)-679/2012 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-136/2018 nömrəli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-6851/2018 nömrəli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(006)-679/2012 nömrəli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(011)-136/2018 nömrəli icra sənədlərinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icratına xx xxxx 2020-ci il tarixdə daxil olduqdan sonra həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında müvafiq qərarlar qəbul edilərək, hər bir icra sənədi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunduğu, xx xxxx 2020-ci il tarixdə icra sənədlərinin ümumi icraatda birləşdirildiyi, xx xxxx 2020-ci il tarixdə isə borclu Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərarla və tələbin könüllü icrası haqqında bildirişlə tanış edildiyi, icra sənədinin könüllü olaraq təmin edilməsi üçün təyin edilmiş 10 gün müddət bitmədən sonuncunun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edildiyi müəyyən edilmişdir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Lakin göründüyü kimi icra məmuru Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)- 103/2017 nömrəli icra sənədi üzrə xx xxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan şikayət vermə müddəti də keçməmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X26 icra sənədi üzrə borclu Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərarın və eyni tarixli bildirişin sürətini xx xxxx 2020-ci il tarixdə təqdim etdikdən sonra, tələbin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş 10 gün müddəti gözləməli olduğu halda, 07 gündən sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)- 103/2017 nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərarla və eyni tarixli bildirişlə Şəxs rəsmən xx xxxx 2020-ci il tarixdə tanış edildiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyi xx xxxx 2020-ci il tarixdə, yəni işə hazırda məhkəmədə baxıldığı zaman icranın könüllü olaraq təmin edilməsi üçün ona təyin edilmiş 10 gün müddətin bitmədiyi, habelə sözgedən icra sənədi üzrə icraata başlamaq haqqında xx xxxx 2020-ci il tarixli qərardan şikayət vermə müddətinin keçmədiyi halda Şəxs əməlinin həmin icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(101)-103/2017 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-737/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-737/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver