Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-738/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X14 səlahiyyətli nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakları ilə, xx.xx.1992-ci il Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Suraxanı rayonu, Balandin-42 ünvanında qeydiyyatda olan - X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad olunması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xx.xx.2020-ci il tarixdə saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsində idarə etdiyi “Honda City” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Volkswagen Jetta” minik markalı avtomobil toqquşmuşdur. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X2 X7 36 və 50-ci maddələrinin tələblərinə riayət etməmişdir. Beləliklə də, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Haqqında Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 şikayətində göstərmişdir ki, o, özünə məxsus “Honda City” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2020-ci il taridə saat 00:13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi ilə düzünə hərəkət edərkən sağdan sola manevr etmək istəyən “Volkswagen Jetta” minik markalı avtomobilin sürücüsü Azərbaycan respublikası Yol X7 42-ci maddəsinin 9-cu bəndinin 2-ci hissəsinin tələblərini pozaraq nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Belə ki, eyni hüquqlu iki zolaqlı yol ilə hərəkət edərkən, qarşıda hərəkətdə olan “Volkswagen Jetta” minik markalı avtomobil sağ zolağa çıxaraq hərəkətini davam etdirmişdir. Bundan sonra o, sürət həddini gözləməklə öz istiqaməti olan sol zolaqla hərəkət edərkən, sözügedən avtomobil heç bir xarici siqnallardan (Sola dönmək üçün işiqdan) istifadə etməyərək qəfil sol zolağa keçmişdir. Bu zaman onun idarə etdiyi avtomobilin sağ qabaq qapı, sağ qabaq krılo və sağ qabaq buferini əzmişdir. Hadisə yerinə dərhal polis əməkdaşlarını və müvafiq sığorta təşkilatının əməkdaşlarını dəvət edib qanunun tələblərinə uyğun olaraq protokollaşmasını gözləmişdir. Hadisə yerinə gələn polis əməkdaşlarına hadisənin təfərrüatlarını danışdıqdan sonra ona araşdırılacağını və hər iki sürücünün iştirakı ilə yekun qərar qəbul olunacağını bildirdilər. O, polisdən dəvət gözləyərkən bir müddət sonra barəsində İXM 327.1-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edildiyini öyrənmişdir. Protokolla razılaşmayaraq yenidən araşdırılması üçün aidiyyatı orqanlara şikayət edərək, hadisənin hallarının onun iştirakı ilə araşdırılmasını tələb etmişdir. Lakin TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərar da, onun iştirakı olmadan qəbul olunmuşdur. Halbuki, hadisənin araşdırılmasında mühim əhəmiyyət kəsb edən foto şəkil və video görüntülər onda mövcuddur. Bundan əlavə protokol və qərar rəsmi qaydada ünvanına göndərilməmişdir. Bakı şəhər DYP Polis mayoru X8 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə) maddəsi ilə İXP ******* nömrəli protokol və TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. İlk nüvbədə inspektor material üzrə hadisə üzrə yol-nəqliyyat hadisəsi ekspertizası təyin etməmişdir. Hadisə yerində olan şahidlər müəyyən edilərək izahatlarının alınması təmin edilməmişdir, eləcə də, hadisə yerini birbaşa göstərən dövlət idarə, müəssələrində, qeyri-yaşayış sahələrində, obyektlərdə quraşdırılmış video müşahidə kameralarının olub-olmaması araşdırılmamış və götürülməmişdir. Əldə olunmuş sübutlar isə qiymətləndirilməmişdir. Hesab edir ki, inspektor tərəfindən yekun qanuni qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar toplanılmamışdır. Göründüyü kimi Bakı şəhər DYP polis mayoru X8 tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan, Azərbaycan respublikasının İXM-nin 75 və 85-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə sübutlar və onların qiymətləndirilməsi fəslinin müddəalarına düzgün əməl edilmədən qanunsuz və əsassız olaraq xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir.Sonda X6 yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X14 səlahiyyətli nümayəndəsi X1 Tural Mayis oğlu barəsində tərtib edilmiş protokol və protokol əsasında qəbul edilmiş qərarı müdafiə edərək izahatında göstərdi ki, hadisə yerinin video görüntüləri var. Həmin video görüntülərdə müəyyən olunur ki, X2 X7 36 və 50-ci maddələriinin tələblərini pozmuşdur. Belə ki, X6 avtomobili idarə edərkən ara məsafəsi saxlamamışdır. Bu səbəbdən də, yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerində tərtib olunmuş Yol-nəqliyyat hadisəsinin Sxemindən də (qeyd olunan sxemə əsasən X6 hadisənin xəritəsi və baş vermə vəziyyəti haqqında protokolda göstərilənlərə etiraz etməmiş və bunu imza ilə təsdiq etmişdir) bu aydın şəkildə müəyyən olunur. Qeyd olunanlara əsasən X9 barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 şikayətinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 nümayəndəsini və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsi dinləyərək hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Yol X7 36-cı maddəsinə əsasən sürüjü 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Yol X7 50-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə saat 00:15-də “Honda City” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Haqqında Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə “Honda City” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Haqqında Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.2020-ci il taridə saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsində X3 idarə etdiyi “Honda City” minik markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Volkswagen Jetta” minik markalı avtomobil toqquşmuşdur. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X2 X7 36 və 50-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, X6 avtomobili idarə edərkən ara məsafəsi saxlamamışdır. Bu səbəbdən də, yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilmiş, hadisə yerində tərtib olunmuş Yol-nəqliyyat hadisəsinin Sxemindən (qeyd olunan sxemə əsasən X6 hadisənin xəritəsi və baş vermə vəziyyəti haqqında protokolda göstərilənlərə etiraz etməmiş və bunu imza ilə təsdiq etmişdir) bu aydın şəkildə müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyinə görə X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X14 xx.xx.2020-ci il tarixli İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-738/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-738/2020
17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver