Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-738/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3, X1nın iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi 21 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 11.08.2015-ci il tarixli 2(010)-4700/2015 nömrəli icra sənədinə əsasən Hacıyeva (Həsənova) Mətanət Şahin qızına məxsus aşağıda adları çəkilən cehiz və qızıl-zinət əşyaları naturada cavabdeh Şəxs alınaraq iddiaçı Hacıyeva (Həsənova) Mətanət Şahin qızına verilməlidir «1. Yataq dəsti - 4000 manat, 2. Qonaq otağı dəsti: 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd divan kreslo dəsti, açılan jurnal stolu - 4500 manat,
3. Mətbəx mebeli - 1400 manat, 4. Soyuducu 1 ədəd - 650 manat, 5. Paltaryuyan maşın 1 ədəd - 550 manat, 6. Televizor 1 ədəd - 700 manat,7. Krosno antena 1 ədəd - 100 manat,
8. Musiqi mərkəzi - 450 manat, 9. Kondisioner 1 ədəd - 450 manat, 10. Ət çəkən maşını 1 ədəd - 100 manat, 11. Ütü böyük (parla) - 90 manat, 12. Ütü ( parla) - 20 manat, 13. Ütü (parsız) - 17 manat,14. Sokçəkən 1 ədəd - 50 manat, 15. Tuxovka 1 ədəd - 90 manat, 16. Mikser 1 ədəd - 25 manat, 17. Aspirator 1 ədəd - 85 manat, 18. Kalonka (Pitminutka) - 100 manat,19.Samovar ( çayniki ilə) - 120 manat, 20. Kokteyl maşını - 40 manat, 21. Tefal çaynik dəsti - 30 manat, 22. Elektrik tavası - 25 manat, 23. Blender - 30 manat, 24. Qaz peçi (şüşəli) - 200 manat, 25. Lüstür 3 ədəd - 500 manat, 26. Pərdələr (2 otağın) - 450 manat, 27. Yataq krovatının pakrıvalı və pərdəsi - 240 manat, 28. Yataq krovatı üçün yun odeyal - 50 manat, 29. Tək krovat üçün yun odeyal-30 man, 30. Stifon yorğan dəsti - 60 manat, 31. Yorğan döşək 2 dəst (tək krovatlıq) - 340 manat, 32. Yorğan döşək 1 dəst (taxt üçün) - 250 manat, 33. Atlas taxt pastel - 32 manat, 34. Süfrə dəst 1 ədəd - 80 manat, 35. Süfrə tək 2 ədəd - 40 manat, 36. Süfrə dəst 1 ədəd - 32 manat, 37. Süfrə dəst 1 ədəd - 22 manat, 38. Qətfə 12 ədəd - 140 manat, 39. Əl-üz dəsmalı-12 ədəd-125 man, 40. Çay dəsmalı-16 ədəd-32 man, 41. Pakrıval (dəsmal) 2 ədəd-25 man, 42. Stifon taxt yorğanı (tək) lədəd-32 man, 43. Ağ pastel dəsti(taxt üçün)lədəd-32 man, 44. Tacın pasteli (taxt üçün) 3 ədəd-110 man, 45. Ağ pastel dəsti (tək krovat üçün)-2 ədəd-26 man, 46 .Kitab pastel(tək)-2ədəd-28 man, 47. Yastıq üzü (2əd ağ+2 əd göy)-12 man, 48. Tək prostina-10 man, 49. Yastıq (böyük) 4 əd-150 man, 50. Yastıq uzunsov-4 əd.- 50 man, 51. Stifon döşəkçə-2 əd.-10 man, 52. Tozsouran maşın ləd-100 man, 53. 3 mərtəbə diplomat qaşıq dəsti-1 əd.-150 man, 54. Bıçaq dəsti (çemodanda) l əd-50 man, 55. Mətbəx üçün-12 əd qaşıq, 12 əd. çəngəl, 12 ədəd çay qaşığı, 12 əd. yağ bıçağı, 6 əd ümumi qaşıq, 2 əd. qozqıran, l əd.sarımsaqəzən, 1 əd. taxtadan çömçə, l əd.tyorka, 2 əd-süzgəc, 3 əd. ümumi duz qabı-85 man, 56. Padnos 3 əd-35 man, 57. Yağ-pendir qabı-12 man, 58. Dəm çayniki (şüşəli)-4 man, 59. Çörək qabı-10 man, 60. Qoz çəkən maşın-6 man, 61. Tefal qazan üçün çömçə dəsti (6 ədəd)-14 man, 62. Zibil vedrəsi-15 man, 63. Şirəli qazan dəsti (Rusiya) 20 man, 64.Şirəli qazan dəsti (İran)-15 man, 65. Şirəli fit çalan çaydan-12 man. 66. Şirəli ləyən-7 man, 67. Şirəli qapaqlı cam dəsti-30 man, 68. Tefal qırmızı qazan dəsti- 3 əd.-70 man, 69. Tefal qırmızı tava dəsti(3 əd)-42 man, 70. Aliminimum aş qazanı 1 əd.-10 man.
71. Bergin qazanı 1 əd (10 lt)-80 man, 72. Qazan (8 lt)-60 man, 73. Qazan (6 lt)-40 man.
74. Qazan (4lt)-32 man, 75. Tava (3,7 lt)-35 man, 76. Çaydan (5 lt) - 34 man. 77. çaynik (1 lt)-23 man, 78. Dolça (şüşə 2 lt)-5 man 79. Qrafinka dəsti-7 man, 80. Yuxayayan-5 rnan. 8l. Qənd qabı (6əd) 5 man; 82. Qapaqlı qənd qabı (2 əd)-8 man, 83. Pesok qab-3 man, 84. Mürəbbə üçun rozetka (12 əd)15 man, 85. Sok stəkanı (12 əd)-7 man, 86. Sok stəkanı (18 əd)-12 man, 87. Xrustal çay stəkan (18 əd)-40 man, 88. Xrustal armudu çay stəkanı (6 əd - 10 man), 89. Meyvə qab, xrustal (2əd.Çexiya)-200 man, 90. Səbət xrustal (Çex,ya)-90 man, 91. Güldan (1 əd)-25 man, 92. Ağ rəngli madonna serviz dəstı-500 man, 93. Ag rəngli madonna kafeyni serviz dəsti-80 man, 94. Şirni qabı (əyarlı 2 əd)-20 man, 95. Tort qabı (şüşə)10 man, 96. Kül qabı (2əd)-5 man, 97. Suvenir saat-50 man, 98. Dıvar saatı-30 man, 99. Suvenir at fıquru-22 man, 100. Məkkənin suveniri-10 man, 101. Mətbəx üçün əl dəsmalı (2 əd)-10 man, 102. Klyonka (3 metr)-7 man, 103. Jurnal stolu uçun süfrə (2 əd) 12 man, 104. Paltar yumaq üçün vanna (2 əd)-14 man, 105. Paltar yığmaq üçün vanna-7 man, 106. Paltar qaynatmaq üçün vedrə-6 man, 107. Plastmas vedrə ağzı qapaqlı-6 man,
108. Aş süzən (2 əd)-8 man, 109. Plastmas ləyən (2 əd)-4 man, 110. Şotka paltarayaqqabı üçün-3 man, 111. İynə-sap-3 man, 112. Avtafa-2 man, 113 .Pol silmək üçün parça (5 əd)-5 man, 114. Stol üstü silmək üçün dəsmal-(5 əd)-3 man, 115. Nəlbəkıçaşka(12 əd)-20 man, 116. 1 əd aş qazanı,18 əd aş boşqabı, 24 ədəd duz boşqab,18 ədədpendir boşqabı, 18 ədəd dərin boşqab, 12 ədəd kasa, 12 ədəd masqura, 6 ədəd ümumi boşqab, 6 ədəd düz ümumi boşqab, 2 ədəd dərin ümumı boşqab, l ədəd çömçə 2 ədəd salfetka qabı, 2 ədəd duz qabı, 12 ədəd ləpə qabı, 2 ədəd 3 mərtəbə ləpə qabı, l ədəd ləpə qabı-cəmi (137 ədəd)- 300 man. 114. 1 ədəd nahar servızı, l ədəd çay servizi, l ədəd kofe servizi, kvadrat boşqab-ümumi serviz-450 man, 115. Dolça 6 əd. stəkanı ilə bagema dəsti-(yaşıl)-70 man, 116. 1 qrafinka 6 rumka bagema (qəhvəyi)- 100 man, 117. Dolça 6 əd. stəkanı ilə (qara rəng)-150 man,118. Konfet qabı ağzı baglı bagema (yaşıl)-50 man, 119. Böyük meyvə qabı bagema (yaşıl)-35 man, 120. Guldan bagema (yaşıl)-50 man, 121. Xrustal rumka 6 ədəd-(Rusiya) 30 man, 122. Xrustal kül qabı- 25 man, 123. Əyarlı xrustal qənd qabı (2 əd)-27 man, 124. 1 ədəd Xalça 3x4 ölçüdə (Tehran)-400 man,
125. 1 ədəd 2x3-240 man, 126.Ayaqaltı 4x1 m ölçüdə 1 ədəd-80 man, 127. Mətbəx üçün xalça 1 ədəd (2x2,5)- 70 man,128. Ayaqaltı xalçası ləd.-40 man, 129. Qapının arxası üçün ayaqaltı 1 ədəd (1x1)- 10 man, 130. Hamam üçün rezin darojka l ədəd-5 man, 131. Divankreslo üçün pakrıval (dəst)-150 man, 132. Ütü altı 1 ədəd-13 man, 133. Qara rəngdə şuba- 780 manat. Hədiyyə olunan qızıl-zinət əşyaları: 1.750 əyarlı sep kulonu ilə 18 qram-720 man.; 2.750 əyarlı sırğa 11 qram-440 man.; 3. 583 əyarlı qolbaq 10,5 qram- 310 man.; 4.25 st.brilyant üzük 5,5 qram- 900 man.; 5. 750 əyarlı üzük 3,5 qram-140 man.; 6. 750 əyarlı boyunbağı 18 qra 720 man.; 7. 750 əyarlı qolbağ 10 qram-400 man.; 8. Həri üzüyü 3,5 qram-140 man.; 9. nişan üzüyü 35 st.brilyant üzük 5,5 qram (ağ qızıl)-1200 man.; 10. komplekt sırğa-üzük 17,5 qram brilyant (1 karat 3 st.)-2400 man.». Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi şöbənin icraatına daxil olmuş, icra sənədi icraata daxil olduqdan sonra müvafiq qaydada icraata başlanaraq tərəflərə qərar və bildiriş göndərilmişdir. Borclu müvafiq məhkəmə aktını icra etmədiyinə görə əvvəl, yəni Suraxanı Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, sonra isə Suraxanı Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 1(010)-57/2019 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu göstərilən hökm üzrə cəzasını çəkib, 11 mart 2020-ci ildə azadlığa çıxdıqdan sonra belə məhkəmə aktının icrası ilə bağlı heç nə etməmiş, əksinə icra sənədinin icrasında heç bir üzrlü səbəb olmadan yayınmışdır. Borclu barəsində aidiyyəti orqanlara sorğular verilmiş lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, müvafiq əşyalar onda deyil, tələbkarın özündədir. Ona görə də həmin əşyaları naturada qaytarmaq iqtidarında deyil. Bu əşyaların dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı qarşı tərəflə razılığa gəlmək istəmiş, lakin tələbkar əşyaların pul əvəzinin ödənilməsi ilə razılaşmayaraq, onların yalnız naturada qaytarılmasını tələb etmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 da inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu ifadə verərək qeyd etmişdir ki, ötən dövrdə borclu icra sənədini icra etməyə ümumiyyətlə səy göstərməyib. İcra sənədində adları çəkilən əşyaların guya onun özündə olmasına dair Şəxs məhkəməyə bildirdikləri isə həqiqətə uyğun deyil. Həmçinin Şəxs ona heç vaxt əşyaların pul əvəzinin ödənilməsini təklif etməmişdir. Əksinə, o, belə bir təkliflə çıxış etmiş və bildirmişdir ki, əgər borclu istəyərsə əşyaların dəyərini təşkil edən pul məbləğinin təxminən 15.000 manatlıq hissəsini əvvəlcədən, qalan hissəsini isə hissə-hissə ödəyə bilər. Lakin borclu əşyaların əvəzində pul ödəməkdən ümumiyyətlə boyun qaçırmışdır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmiş. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov