Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-738/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, X1, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs, xx.xx.1987-ci ildə Gürcüstan Respublikası, Qardabani şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ünvanında yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(005)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, İbrahimov X5 Rayon Məhkəməsinin 2(005)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahatında bildirdi ki, İbrahimov X5 Rayon Məhkəməsinin 2(005)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə dair icra sənədinin icrasını və icra məmurunun tələblərini yerinə yetirmir. Hazırda borclunun 2560 manat məbləğində borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında qəbul edilmiş qətnamələrdən xəbəri olduğunu, lakin bugünədək Nərimanov Rayon Məhkəməsinin qətnaməsini əldə etmədiyini, həmin qətnamədə qeyd edilmiş xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 1145 manatın ondan tutulmalı olduğundan xəbəri olduğunu, aliment artırılaraq 220 manat olmasından da xəbəri olduğunu, hər ay 250 manat ödəniş etdiyini, lakin qətnamədə qeyd edilən uşağın xəstəliyi ilə bağlı əlavə 100 manatdan xəbəri olmadığını, həmin hissə ilə razılaşmadığını, ona görə də həmin ödənişi və borcu da qəbul etmədiyini, həmin hissə ilə bağlı apellyasiya şikayəti ilə müraciət edəcəyini, bundan başqa atasının avtoqəza keçirdiyini və vurmuş olduğu şəxsin öldüyünü, ona görə də maddi sıxıntı yaşadıqlarını, bundan başqa onun evli olduğunu və himayəsində 1 uşağının olduğunu, hazırda işsiz olduğunu, ona görə də əlavə ödəniş etmək imkanının olmadığını, məhkəmə tərəfindən vaxt veriləcəyi təqdirdə aliment ödənişi zamanı 300 manat verə biləcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar X10 xx.xx.2016-cı il təvəllüdlü X4 3 dəfə əməliyyat olunduğunu, dəfələrlə borclu ilə bu barədə danışıqlarının olduğunu, borclunun həmin 100 manatı qəti olaraq ödəmək istəmədiyini, uşağın xərcini təkbaşına qarşılaya bilmədiyini, uşağa həkim tərəfindən yazılmış 1 dərmanın qiymətinin 285 manat olduğunu, uşağın sonuncu əməliyyatının dövlət xəstəxanasında edildiyini, 1000 manat məbləğində pulu həkimə verməli olduğunu, həmin puldan 500 manat məbləğində hissəsini özü, qalan məbləğin isə borcludan tələb etdiyini, lakin borclunun ödəniş etmədiyini, bundan başqa borclunun qəbul edilmiş qətnamədən və yaxud 100 manatdan xəbəri olmadığını bildirsə də, həmin məhkəmə iclaslarında qeydə alınmış video-görüntülərin olduğunu və borlcunun həmin ödənişlə bağlı məlumatının olduğunu bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Nərimanov Rayon Məhkəməsinin 2(005)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli cra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Nərimanov Rayon Məhkəməsinin 2(005)-1807/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi, dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi və dərmanlar üçün çəkilmiş xərcin əvəzi olaraq 1145,31 manat məbləğində vəsait cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi, xx.xx.2016-cı il təvəllüdlü X4 hipostadiya xəstəliyindən sağalanadək hər ay 100 manat məbləğində əlavə xərc cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-738/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-738/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver