Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-739/2020 22.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, Şəxs, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 117 V nömrəli evin 16 nömrəli mənzilində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-8339/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs və X1 müştərək qaydada əsas borc qismində 6.436 manat 70 qəpik, faiz borcu qismində 471 manat 11 qəpik, dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 6.927 manat 81 qəpik məbləğində pul vəsaiti tutularaq “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(010)-3657/2018 nömrəli məhkəmə əmri ilə Şəxs 788 manat məbləğində borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 808 manat məbləğində pul vəsaiti tutularaq “Mobil Texnologiyalar” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-4689/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs 5.220 manat məbləğində borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 92 manat məbləğində notariat xərcinin əvəzi, cəmi 5.342 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. Həmin icra sənədlərinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədlərinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədlərini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-8339/2017 nömrəli qətnaməsinə dair icra sənədi üzrə X4 tərəfindən “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə mütəmadi ödənişlər edilir, lakin halhazırda əlində ödənişlərin edilməsinə dair hər hansı bir sübutu yoxdur. Digər iki icra sənədi üzrə isə əvvəllər, müvafiq qaydada ödənişlər etsə də son vaxtlar maddi imkanı aşağı olduğundan ödəniş edə bilməmişdir. O, icra sənədi üzrə tləbkarlarla razılıq əldə etmiş və ona vaxt veriləcəyi təqdirdə borcunu hissə-hissə olmaqla ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, icra sənədləri Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, bu barədə tərəflərə, o cümlədən borclunun ünvanına qərar və tələbin könüllü icrası barədə bildiriş məktubları göndərilmişdir. İcra sənədinin icraata daxil olduğu tarixdən hazıradək uzun bir vaxtın keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra sənədləri icra olunmamışdır. İcra sənədi üzrə mövcud borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində borc tələbinin borcluya məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş, lakin onun adında və qeydiyyatda olduğu ünvanda tələbin yönəldilə biləcəyi heç bir qiymətli əmlak aşkar edilməmişdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılan zaman borcu ödəmək tələbləri irəli sürülmüş, lakin hazıradək icra sənədləri üzrə borc tələblərinin tam ödənilməsi təmin edilməmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-4689/2018 nömrəli icra sənədi üzrə tələbkar X2 xeyrinə cəmi 1.100 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin qalıq borc ödənilmədiyindən tələbkarın haqlı narazılıqlarına dair müraciətləri olmuşdur. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(010)-3657/2018 nömrəli məhkəmə əmrinə əsasən ödəməli olduğu cəmi 808 manat məbləğində pul vəsaitindən tələbkar “Mobil Texnologiyalar” Məhdud Məsuliyyəli Cəmiyyətinin xeyrinə heç bir ödəniş etməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)- 8339/2017 nömrəli icra sənədi üzrə isə borclu, zaminin əmək haqqından tutulmalar həyata keçirildiyini bildirsə də, lakin tələbkarın xeyrinə heç bir ödənişin edilmədiyi müəyyən edilmişdir. Borclu tərəfindən icra sənədlərinin icrası təmin olunmadığından onun qeydiyyatda olduğu ünvanda yaşaması əsas götürülərək barəsində axtarış qərarı qəbul edilmiş, xx xxx 2018-ci il tarixdə axtarış işi açılmış və xx xxxx 2020-ci il tarixdə borclu saxlanılaraq şöbəyə təhvil veilmişdir. Şöbəyə təhvil verilən borclu Şəxs icra sənədləri üzrə mövcud borclarını dərhal ödəmək tələb olunmuş, dərhal ödəmək iqtidarında oİmadığını bildirən Şəxs icra sənədlərinin icrası ilə əlaqədar verilən suallara cavab olaraq hazıradək icra sənədlərini tam olaraq icrasını təmin etmədiyini, X6 cəmi 1.100 manat ödədiyini, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə yalnız zaminindən tutulan məbləği zamininə qaytardığını, “Mobil Texnologiyalar” Məhdud Məsuliyyətli Cəmiyyətinə isə ödənişlərinin tarixini və məbləğini dəqiq bilmədiyini bildirmişdir. Bununla belə fərdi əmək fəaliyyəti sayəsində aylıq gəlirinin 600-700 manat olduğunu bildirməklə borcu tam ödəmək iqtidarında olmadığını qeyd etmişdir. Borclunun verdiyi izahatlardan və digər icraat materiallarından borclu Şəxs qeyd olunan icra sənədləri üzrə tələbləri təmin etməməkdə qərəzli olduğu, habelə fərdi əmək fəaliyyəti nəticəsində yüksək gəlir əldə etməsinə baxmayaraq hazıradək qərarların icrasından boyun qaçırması və buna səbəb kimi isə qanunla üzrlü sayıla biləcək heç bir əsas gətirməməklə icra məmurunun qanuni tələblərinin yerinə yetirməkdən boyun qaçırdığı müəyyən edilmişdir. Buna görə də icra sənədlərinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(011)-8339/2017 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs və X1 müştərək qaydada əsas borc qismində 6.436 manat 70 qəpik, faiz borcu qismində 471 manat 11 qəpik, dövlət rüsumunun əvəzi qismində 20 manat, cəmi 6.927 manat 81 qəpik məbləğində pul vəsaiti tutularaq “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(010)-4689/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs 5.220 manat məbləğində borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 92 manat məbləğində notariat xərcinin əvəzi, cəmi 5.342 manat məbləğində pul vəsaiti tutularaq X3 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-cı il tarixli, 2(010)-3657/2018 nömrəli məhkəmə əmrindən görünür ki, Şəxs 788 manat məbləğində borc, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 808 manat məbləğində pul vəsaiti tutularaq “Mobil Texnologiyalar” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından və eyni tarixli qərarından görünür ki, Şəxs ödəniş etmək üçün ona vaxt verilməsini xahiş etdiyindən məhkəmə iclası təxirə salınmış, lakin Şəxs sonradan məhkəmə iclaslarına gəlmədiyindən onun, Bakı şəhər Suraxanı rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi qərara alınmış və inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, borclu Şəxs şəxsiyyətini, icra sənədləri üzrə ödəniş etmək üçün ona vaxt verildiyini, lakin həmin müddət ərzində heç bir ödəniş etmədiyini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 12:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-739/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-739/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver