Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-739/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Nəsimi rayon prokurorunun köməkçisi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsi ilə bağlı Nəsimi rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon Prokurorluğu tərəfindən təqdim olunmuş inzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi-direktoru X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq 2024cü ilin avqust-sentyabr aylarında X2, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X3 ilə birlikdə X4 ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli binanın fasad işlərini gördürüb əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, həmin hüquqi şəxs qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəsimi rayon prokurorunun köməkçisi Nümayəndə işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında materialda göstərilənlərə uyğun məzmunlu izahat verərək Şəxs MMC barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxılmasının yeri və vaxtı barədə Şəxs MMC-nə vaxtında məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə materiala MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi” haqqında 06 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi rayon prokurorunun köməkçisi Nümayəndə icraatında olan 04-İX-25 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı üzrə əhəmiyyət kəsb etdiyindən “X1 Sistemi”ndən sorğu verilərək götürülmüş X3 və X6 barəsində əmək müqaviləsi məlumatlarına dair sənədlərə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X3 və X6 ilə “Elay İnşaat" MMC-nin direktoru, işəgötürən X7 arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, “Elay İnşaat" MMC X3 və X5 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Göstərilənlərə əsasən “Elay İnşaat" MMC Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Elay İnşaat" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-739/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-739/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver