Məhkəmə qərarları › İş №3(010)-74/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-74/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-74/2021 08.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu MN seriyalı ******* nömrəli protokolla bağlı X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci ildə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı xx xxxxxx 2021-ci ildə şikayət vermişdir (şikayətdə onun xx xxxxxx 2020-ci ildə tərtib olunduğu göstərilir). Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». X1 şikayətin məzmunundan və Suraxanı Rayon Polis İdarəsinin ona ünvanladığı məktubdan görünür ki, o, inzibati tənbeh vermə haqqında qərar barədə vaxtlı-vaxtında, yəni xx xxxxxx 2020-ci ildə məlumatlandırılıb. Beləliklə, təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, şikayət qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulan 10 günlük prosessual müddət buraxıldıqdan sonra verilib. Göstərilənlərlə yanaşı qeyd olunur ki, məhkəməyə istər inzibati xəta haqqında protokol, istərsə də müvafiq qərar təqdim edilməyib. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: MN seriyalı ******* nömrəli protokolla bağlı X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar