Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-741/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyəti, Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı-Zığ Şössesi, 12-ci kilometr, 20 saylı evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyəti mülkiyyətində olan “X1” markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı mikroavtobusu 03 noyabr 2022-ci il tarixdə, saat 06:55-də Pirşağı-Novxanı yolu 12 nömrəli tam orta məktəbin qarşısından Pirşağı istiqamətində idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 20 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı sorğu daxil olduğu gündən 5 gün ərzində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X3 təqdim etməmişdir. Buna görə də 29 dekabr 2022-ci il tarixdə “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətinin və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X2 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətinın inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətinə göndərilmiş sorğudan görünür ki, “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətindən mülkiyyətində olan “X1” markalı, **- JR-*** dövlət qeydiyyat nişanlı avtobus 03 noyabr 2022-ci il tarixdə, saat 06:55-də Pirşağı- Novxanı yolu 12 nömrəli tam orta məktəbin qarşısından Pirşağı istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətinin 20 km/saat həddində aşılmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların verilməsi xahiş olunmuş, eyni zamanda “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyəti sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları təqdim etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X2 sorğusu hüquqi şəxs “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətinə poçt vasitəsilə ünvan 1 ünvanı üzrə göndərilmiş və 12 dekabr 2022-ci il tarixdə “Qalib Paşayev” ad və soyadlı şəxs poçt xəbərnaməsində imza etməklə sorğunu qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin dispozisiyasından görünür ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətinin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “Xəyal Adası” məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-741/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-741/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver