Məhkəmə qərarları › İş №3(010)-742/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-742/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-742/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov Firdovsi oğlu xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı X4 tərəfindən verilmiş «iddia ərizəsi»nə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhər Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti Baş İnspektor Polis Leytenantı X1 xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərarın ləğvi ilə bağlı «iddia ərizəsi» ilə məhkəməyə müraciət edib. Ərizədə X4 iddiaçı, DİN-nin Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti Baş İnspektor Polis Leytenantı X2 isə cavabdeh kimi qeyd olunub. «İddia ərizəsi»ni nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Beləliklə, «İddia ərizəsi»ndə göstərilən məsələnin (qərarın ləğvi və s.) həlli ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil, şikayətlə müraciət olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: xx xxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla bağlı X4 tərəfindən verilmiş «iddia ərizəsi» geri qaytarılsın. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar