Məhkəmə qərarları › İş №3(010)-745/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-745/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-745/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Zahid Mehdiyevin, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, Şəxs - xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 07 aprel 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Zahid Mehdiyev tərəfindən tərtib olunmuş 06 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 11.03.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X2 ərizəsində sosial şəbəkədə 500 manat pulu aldadaraq almışıdır. Nəticədə Şəxs barəsində, müxtəlif vətəndaşlarla İnstaqram sosial şəbəkəsində səhifə satmaq və telefon satmaq adı ilə aldadaraq pullarını ələ keçirtmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, 03.03.2022-ci il tarixdə İnstagram sosial şəbəkəsində kreditdə olan kompüter və telefonların alışı səhifəsindən Əhmədin mobil nömrəsini götürüb ona zəng edərək, İphone 12 markalı mobil telefonu kreditə götürüb ona 500 manata satacağını bildirmiş, X5 onunla razılaşmış, onu Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Samsung” mağazasının qarşına dəvət etmişdir. Həmin yerə dostu Seymur adlı şəxslə getmiş, krediti Seymurun adına götürəcəyini ona bildirərək, ilkin ödəniş kimi X1 500 manat aldıqlarını, sonra zamin olmadığı üçün ona kredit vermədiklərini X3 bildirmiş və ona zamin axtarmağa getdiyini bildirmişdir. Həmin 500 manatı borcuna ödədiyini, X3 pulun qaytarılması barədə düşündüyünü, lakin qaytara bilmədiyini, sonda o, törətdiyi əməlindən peşman olduğunu bildirərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Zahid Mehdiyev oğlu izahatında göstərdi ki, 11.03.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X3 məxsus olan 500 manat pulun İbrahim adlı şəxs tərəfindən mənilmsənilməsi bildirilmişdir. Bununla bağlı olaraq, Şəxs barəsində 06 aprel 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında Şəxs adlı şəxsin onu aldadaraq, etibardan sui-istifadə etməklə ondan 500 manat aldığını və həmin pulun qaytarılmasını məhkəmədən xahiş etmişdir. “İnzibati qaydada tutma haqqında” 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xırda talama inzibati xətanı törətdiyinə görə 06 aprel 2022-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Bakı Şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru Zahid Mehdiyev tərəfindən tərtib edilmiş 21 mart 2021-ci il tarixli raportdan görünür ki, 11.03.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan X3 məxsus olan 500 manat pulun İbrahim adlı şəxs tərəfindən mənilmsənilməsini bildirmişdir. Araşdırma zamanı hadisəni törətmiş şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətməsi müəyyən edildiyindən faktla bağlı toplanmış material üzrə Azərbaycan CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, hadiəsni törətmiş şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 mart 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs oğlunun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin BMCMİ-nin aidiyyəti idarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 aprel 2022-ci il tarixdən saat 17:00-dan hesablansın. Həbsetmənin müddətindən 06 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək tutulduğu vaxt, yəni 1 gün çıxılaraq qəti olaraq 24 (iyirmi dörd) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar