Məhkəmə qərarları › İş №3(010)-747/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-747/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-747/2020 27.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bak şəhər Suraxanı rayon Polis İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün Suraxanı rayon məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdagöstərilənlərəəsasənProtokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, protokol və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi X2 etibarnamə əsasında idarə etdiyi Sudzuki markalı **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zığ qəsəbəsində hərəkətdə olarkən Şəxs məxsus inəyi yolun hərəkət hissəsində vurmuş, hadisə nəticəsində avtomobilə maddi zərər dəymiş, lakin maddi zərərlə bağlı qüsur aktı iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxudtəqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda – inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100- 103, 118,125-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiallar geri qaytarılsın. Hakim: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar