Məhkəmə qərarları › İş №3(010)-755/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-755/2020

25.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-755/2020 25.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru polis mayoru X2 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Naxcıvan Muxtar Respublikası, Naxcıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Socar Petrolda mühafizəçi vəzifəsində işləyən, Naxcıvan MR, Naxcıvan şəhəri, 20-ci məhəllə, ev 112 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi nömrəsiz ev ünvanında yaşayan, xx xxxx 2020-ci ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı Rayon Polis İdarəsinin 30-cı polis şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci ildə polis bölməsinə gətirilmiş, tibbi müayinə nəticəsində onun narkotik vasitə – marixuananın qəbul etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola ələvə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək həqiqətən də narkotik vasitə - marixuana qəbul etdiyini bildirmişdir. Əməlindən səmimi olaraq peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları, o cümlədən xx xxxx 2020-ci il tarixli 1/3907 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu» ilə təsdiq olunur. Protokolun məzmunundan görünür ki, Şəxs sidiyində xx xxxx 2020-ci ildə saat 01:20 - də tibbi müayinə nəticəsində «(THC+)» aşkar edilmişdir. Belə ki, məhləmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, həqiqətən də narkotik vasitə marixuana qəbul etdiyini bildirmişdir. Əməlindən səmimi olaraq peşmandır və həmin hərəkəti gələcəydə törətməyəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru polis mayoru X3 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində X1 intihar edərək özünü öldürməsi ilə bağlı, intihar hadisəsinin səbəbinin öyrənilməsi məqsədi ilə əlaqədar N.Ələkbərovanın həyat yoldaşı 1982-ci il təvəllüdlü Şəxs xx xxxx 2020-ci il tarixdə suraxanı RPİ-nin 30-cu PŞ-nin şöbəsinə gətirilmişdir. Onunla profilaktik söbətlər aparıldıqda xx xxxx 2020-ci il tarixli 1/3907 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu»na əsasən tibbi müayinə zamanı sidiyində xx xxxx 2020-ci ildə saat 01:20 - də tibbi müayinə nəticəsində «(THC+)» aşkar edilməklə, Şəxs narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. Buna görə də onun tərəfindən müfafiq araşdırma aparılaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx xxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 01:20 -dən hesablansın. Qərarın icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin inzibati həbs olunanların saxlama məntəqəsinə və Şəxs yaşayış yeri üzrə Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuruna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar