Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-756/2020 29.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Anar İbrahimov Firdovsi oğlu xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı X3 tərəfindən verilmiş «ərizə»yə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X1 xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat miqdarında cərimə edilmişdir. X3 həmin qərarın ləğvi ilə bağlı «ərizə» ilə məhkəməyə müraciət edib. Ərizədə X3 iddiaçı, Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsini isə cavabdeh kimi qeyd olunub. «Ərizə»ni nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə görə «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmçinin, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizə verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, inzibati xəta haqqında protokolun ləğv olunması deyil, inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə məhkəməyə iddia ərizəsi formasında ərizə ilə deyil, şikayətlə müraciət olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı X3 tərəfindən verilmiş «ərizə» geri qaytarılsın. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-756/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-756/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver