Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-759/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimovAnarFirdovsioğlu Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Abşeron RPŞ Yol patrulu xidmətinin inspektoru, polis serjantı X1 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Abşeron RPŞ Yol patrulu xidmətinin inspektoru, polis serjantı X1 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 Abşeron RPŞ Yol patrulu xidmətinin inspektoru, polis serjantı X1 xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından şikayətetmiş, işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə səhər saat 10:45 radələrində Abşeronrayonməhkəməsinininzibatibinasındakeçiriləcəkməhkəməiclasındaiddiaçıbankın nümayəndəsiqismindəiştiraketməkməqsədiləiş yoldaşı ilə Xırdalan şəhərinə getdiyi zaman Xırdalan Polis idarəsinin qabağında yolda qurulmuş səyyar postların birində polis əməkdaşları tərəfindən yoxlanılmaq üçün saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşdıqdan sonra özünü təqdim etdimiş, şəxsiyyət vəsiqəsini və xidməti vəsiqəsini ona təqdim etmiş və bildirmişdir ki, portalda icazəsi var. Polis nəfəri şəxsiyyət vəsiqəsini yoxladıqdan sonra portalda icazəsinin olduğunu görmüş, buna baxmayaraq, onu və iş yoldaşını polis idarəsinin həyətinə dəvət etmişdir. Polis nəfəri sənədlərini aldıqdan sonra onlara baxaraq bildirmişdir ki, şəxsi avtomobildə tək olmadığı üçün qoruyucu vasitədən istifadə etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəyə əsasən 100 AZN cərimə olunmaqla protokol tərtib edəcəkdir. O,polis nəfərinə bildirmişdir ki, Baş Dövlət Yol Polisinin mətbuat X5 verdiyi açıqlamaya əsasən şəxsi avtomobildə qoruyucu vasitədən istifadə edilməsi məcburi deyil və inzibati məsuliyyət yaratmır.Avtomobildə sürücünün tək olması və ya bir neçə nəfərin olmasının əhəmiyyəti yoxdur sadəcə şəxsi avtomobilinə öz ailə üzvlərindən kənar şəxsləri götürənə tövsiyyə olunur ki qoruyucu vasitədən istifadə etsinlər amma taxmamağa görə heç kim cərimə olunmur.Yalnız ictimai nəqliyyatda qoruyucu vasitələrdən istifadə məcburidir. Buna baxmayaraq, adını sonradan öyrəndiyi YPX inspektoru polis serjantı X3 qərəzli şəkildə bildirmişdir ki, güya rejim qaydalarını pozduğu üçün barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Hesab edir ki, AbşeronRPŞYolpatruluxidmətinininspektoru, polisserjantıCabbarovXaliqHümbətoğlunun xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv olunmalıdır. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış AbşeronRPŞnümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə AbşeronRPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə recim, sanitariya-gigiyena və karantin recimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ilə xx xxxxx 2020-ci il tarixli qərarı ilə saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri müəyyən edilmiş, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddətinin uzadılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 144 nömrəli Qərarının 5-ci bəndi ilə yuxarıda qeyd olunan müddət xx xxx 2020-ci il tarixinədək, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddətinin uzadılması və həmin recimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 163 nömrəli Qərarının 6.1-ci bəndi ilə isə xx xxx 2020-ci il tarixinədək uzadılmış, «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin recimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli Qərarının 1-ci, 1.1.1-ci və 4-cü bəndləri ilə xx xxx 2020-ci il saat 00.00-dan etibarən «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi», həmçinin «Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli Qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2020-ci il № 163 nömrəli qərarı ilə koronavirus (COVİD- 19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmış, xüsusi karantin recimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və recimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 176 nömrəli qərarı ilə 2020-ci il 18 may saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 190 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli195 nömrili qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2020-ci il 1 iyul saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 207 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmış, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 220 nömrəli qərarı ilə «Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin reciminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişikliklər edilmiş, «SMS-məlumatda” sözlərindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavə edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 255 nömrəli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin reciminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Beləliklə, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq «yaşayış yerini SMS icazə sistemi ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi» xx.xx.2020-ci il tarixdə qüvvədə olub. Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə xüsusi karantin recimi müddətində müəyyən fəaliyyət sahələrinə müvafiq şərtlərlə icazə verilib. «Xüsusi karantin recimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə “Sanitariya-epidemioloci salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi xx xxx 2020-ci il tarixli 189 №-li Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Qərarın mənasına görə karantin qaydalarının digər şərtlərinə əməl etməklə, şəxsi avtomobildə sürücü və sərnişinlərin maska taxması vacib deyildir. Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər. Öz maşınında qoruyucu tibbi maskadan istifadə edilməməsinə görə avtomobillər yol polisi əməkdaşları tərəfindən saxlanıla bilməz. Şəxsi avtomobildə maskadan istifadə etməməyə görə hər hansı inzibati məsuliyyət nəzərdə tutulmur. Ola bilər ki, şəxs öz avtomobilində hərəkət edirsə, iş yoldaşı onunla eyni vaxtda avtomobildə gedirsə, sürücü maskadan istifadə edə bilər. Çünki bu sərnişin sürücünün ailə üzvü deyil. Karantin qaydalarının digər şərtlərinə əməl edən və şəxsi avtomobilini idarə edən sürücü öz sağlamlığı üçün tibbi maskadan istifadə edə bilər, lakin bu onun vəzifəsi deyil, hüququdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərardan X2 şəxsi avtomobildən və yaxud da şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatdan istifadə etməsi müəyyən olunmur. Bu hal inzibati xəta haqqında müvafiq qərar qəbul edilərkən araşdırılmayıb. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət qismən təmin olunsun. ŞixəliyevRuslanAkifoviçinAzərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə olunması ilə bağlı AbşeronRPŞYolpatruluxidmətinininspektoru, polisserjantıCabbarovXaliqHümbətoğlunun xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün AbşeronRPŞ-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-759/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-759/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver