Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-762/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 23 mənzil 39-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 23 mənzil 39-da qeydiyyatda olan və yaşayan Şəxs narkotik maddələrin isitafadəsində şübhəli bilindiyi üçün Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət olunmuş və onun qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, o, 30.04.2021-ci il tarixdə saat 15:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, “Ballı” marketin qarşısında olarkən polis əməkdaşı ona yaxınlaşaraq, narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirmiş və onu bu səbəbdən PB-nə dəvət etmişdir. O, polis əməkdaşı ilə razılaşıb polis bölməsinə gəlmişdir. Orada ondan narkotik vasitəni əldə edib, ondan istifadə edib etməsi barədə soruşulduqda, o, tanımadığı şəxsdən narkotik maddə əldə edib, ondan istifadə etdiyini etiraf etmişdir. O əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində ot şəkilli narkotik maddə sayılan marixuananı polis əməkdaşlarına təhvil vermişdir. Bu səbəbdən onun razılığı ilə əməkdaşlar onu Maştağa qəsəbəsində yerləşən Narkoloji Mərkəzə aparmışlar, orada analizidə narkotik istifadə etdiyi öz əksini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş materialları təsdiq olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 05.05.2021-ci il tarixli 1364 №-li rəyindən görünür ki, Şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan 01.05.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən olunur ki, Şəxs aşkar edilərək götülürmüş içərisində ot şəkilli, rənginə və spesfik iyinə görə narkotik maddə marixuanaya oxşar kütlə olan 01 ədəd büküm məhkəmə-bioloji ekspertiza tədqiqatına göndərilmişdir.MEM-nin 01.05.2021ci il tarixli 7/411 saylı ekspert rəyi ilə Şəxs üzərindən aşkar edilmiş 01ədəd bükümdə olan maddə 1,438 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir.Bununla da, 1,438 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuananın qanunsuz əldə edib saxlama şəxsin əməlində cinayət tərkibi yaratmadığından qeyd olunan material üzrə cinayət işi başlanması mümkün olmamışdır. Yuxarıda göstərilənlərə əsasən HK1-380 saylı yoxlama materialı üzrə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 23, mənzil 39da qeydiyyatda olan və yaşayan Şəxs dərhal azad edilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 şəxsi Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 05.05.2021-ci il tarixli 1364 №-li rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 01.06.2021-ci il saat 14.40-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-762/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-762/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver