Məhkəmə qərarları › İş №3(010)-766/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-766/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-766/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhər DYPİ Yol patrul Xidmətinin inspektoru, polis baş sercantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ji il tarixli İXP saylı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:47 radələrində idarə etdiyi **-KV- *** dövlət qeydiyyat nişanlı “Nissan Sunny minik” markalı avtomobili ilə Suraxanı rayonu, Hövsan şossesində hərəkətdə olarkən saxlanılmışdır. Yoxlama zamanı Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad edilən inzibati xətanın törədilməsində təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 08:47 radələrində idarə etdiyi **- KV-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny minik” markalı avtomobili ilə Suraxanı rayonu, Hövsan Şossesində Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və ickili olub olmadığı barədə soruşulmuşdur. O, Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşlarına içkili olmadığını bildirdikdə, Yol Patrul Xidmətinin əməkdaşları onu modelini bilmədiyi cihaz ilə alkotestdən müayinə etmiş, cihaz onun içkili olmadığını göstərmiş, daha sonra Yol patrul xidmətinin əməkdaşları yenidən onu bu jihazla müayinə etdirmiş və artıq güya onun içkili olduğunun müəyyən edildiyini bildirmiş, o, buna etiraz edərək, jihazın nətijələri ilə tanış olmağını tələb etmiş, lakin bundan imtina edilmişdir. Polis əməkdaşları tərəfindən sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol tərtib edilərkən, onun adından güya bir daha avtonəqliyat vasitəsini idarə edərkən spirtli içki içməyəjəyinə dair izahatı yazılmış, o, bu izahatı oxuduqdan sonra buna öz qəti etirazını bildirmiş, yazılmış protokolla razı olmadığını qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir. O, həmin gün saat 10.07 radəsində müayinədən keçmiş və onun ayıq olduğu müəyyən edilmişdir. O, bu müayinə aktını polis əməkdaşlarına təqdim etdikdə, sonunjular yanlışlıq olduğunu qeyd etmiş, lakin artıq barəsində protokol tərtib edildiyini göstərmişlər. Qeyd olunanlara əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış DİN Bakı şəhər BPİ Dövlət Dövlət X3 nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Göstərilənlərə əsasən məhkəmə şikayətə DİN Bakı şəhər BPİ Dövlət Dövlət X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq bu nətijəyə gəlir ki, Şəxs Azəbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə bu nətijəyə gələrkən, aşağıdakıları nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasənnəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati materiala əlavə olunan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:45 radələrində idarə etdiyi **-KV-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny minik” markalı avtomobili ilə Suraxanı rayonu, Hövsan şossesində hərəkətdə olarkən saxlanılmışdır. Yoxlama zamanı Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Alkotest müayinəsindən keçirildiyi zaman Şəxs sərxoş olduğu müəyyən olmuşdur. Qeyd olunan protokolda göstərilmişdir ki, Şəxs izahat verərək, bir daha avtonəqliyat vasitəsini idarə edərkən spirtli içki içməyəjəyinə dair söz vermişdir. Daha sonra isə Şəxs izahatını davam etdirərək, yazılmış protokolla razı olmadığını qeyd edərək, bunu imzası ilə təsdiq etmişdir. Göstərilən hal protokol tərtib edilərkən, Şəxs tərəfindən etirafediji izahatın verilməsinə şübhə yaradır və qeyd olunan protokolun əsaslı sübut kimi qiymətləndirilməsini istisna edir. Azəbaycan Respublikası İXM-nin 84-cümaddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluğ vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli Aktdan göründüyü kimi, xx.xx.2020-ci il tarixdə, saat 09:50-də keçirilən müəyinə nəticəsində Şəxs spirtli işki qəbul etməsi müəyyən olunmamışdur. Azəbaycan Respublikası İXM-nin 3-jü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məjəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən nəqliyyat vasitəsini idarə edərkən, alkoqoldan istifadə etməklə sərxoş vəziyyətdə olmasına dair əsaslı şübhələr olduğundan və şübhələr onun xeyrinə həll edildiyindən, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibatı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 12-13, 31-33,40,43,48- 50-ci və 106-115-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azəbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar