Məhkəmə qərarları › İş №3(010)-766/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-766/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-766/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydən Bəxtiyarovun, Borclu Şəxs X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2(010)- 5608/2019 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X5 4450 ABŞ dollar məbləğində pul, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.08.2014-cü il tarixli, 2(010)-5579/2014 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs “X11 Azərbaycan" QSC-nin xeyrinə 9302,41 manat əsas borcu, 93.43 manat faiz borcu, 750.08 manat cərimə borcu, bildirişlərin göndərilməsi üzrə 5,50 manat və dövlət rüsumu kirni ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(010)-8179/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 11.01.2014-cü il tarixli SBKK-0497 saylı kredit kartlarına kredit verilməsi haqqında müqavilə üzrə kreditə görə əsas borcuna görə 3969,35 manat, faiz borcuna görə 1478,93 manat olmaqla, cəmi 5448,28 manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınsın və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən, o, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Heydən Bəxtiyarov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli, 2(010)-5608/2019 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X5 4450 ABŞ dolları məbləğində pul, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.08.2014-cü il tarixli, 2(010)- 5579/2014 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs “X11 Azərbaycan" QSC-nin xeyrinə 9302,41 manat əsas borcu, 93.43 manat faiz borcu, 750.08 manat cərimə borcu, bildirişlərin göndərilməsi üzrə 5,50 manat və dövlət rüsumu kirni ödənilmiş 20 manat məbləğində pul vəsaiti tutulması əmr edilmişdir. Bundan əlavə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(010)-8179/2015 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 11.01.2014-cü il tarixli SBKK-0497 saylı kredit kartlarına kredit verilməsi haqqında müqavilə üzrə kreditə görə əsas borcuna görə 3969,35 manat, faiz borcuna görə 1478,93 manat olmaqla, cəmi 5448,28 manat, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınsın və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Borclu Şəxs hazırki vaxtadək iddiaçı X4 borjlu olduğu 4450 ABŞ dolları məbləğində puldan 2.000 manat məbləği ödəmiş, məhkəmə prosesindən əvvəl isə əlavə olaraq 1.000 manat borj pul məbləğinin İjra Şöbəsinin depozit hesabına köçürmüşdür. Məhkəmədə izahat vermiş borclu Şəxs borcunun ödənişində gejikdirməni maddi imkansızlığı ilə izah etmiş, əlavə olaraq qeyd etmişdir ki, o, icra sənədlərinin icrasından yayınmır, tələbkar X4 olan borcundan 2000 manat ödəniş etmişdir. İşin məhkəmə baxışınadək isə bank vasitəsilə tələbkar X4 olan borcundan əlavə olaraq 1000 manat ödəmişdir. O, tələbkar X4 və ijra vərəqələri üzrə digar tələbkarlara olan qalan borcunu tez müddətdə, hər ay 1000 manat məbləğində ödəyəcək. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şəxs ona olan borcundan 2000 manat ödəniş etmişdir. İşin məhkəmə baxışınadək isə bank vasitəsilə tələbkar X4 olan borcundan əlavə olaraq 1000 manat ödəmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədlərinin icrasından yayınmır, tələbkar X4 olan borcundan 2000 manat ödəniş etmiş, işin məhkəmə baxışınadək isə bank vasitəsilə tələbkar X4 olan borcundan əlavə olaraq 1000 manat ödəmiş, tələbkar X4 və ijra vərəqələri üzrə digar tələbkarlara olan qalan borcunu tez müddətdə, hər ay 1000 manat məbləğində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar