Məhkəmə qərarları › İş №3(010)-769/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-769/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-769/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu Hacıyev Gündüz Nizami oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 2 ünvanında qeydiyyatda olan və yaşayan ŞəxsbarəsindəAzərbaycan Respublikası İXM-nin227-cimaddəsiiləBakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindəndaxilolmuşinzibatixətahaqqındamaterialaaçıqməhkəməijlasındabaxaraq Müəyyən etdi: Şəxsxx.xx.2020-ci iltarixdəBakı şəhəri, Bülbülə qəsəbəsində, parkdaX4məxsus400- 450 manatdəyərindəolan Samsunq Galaxy A30s markalı mobil telefonuoğurlamışdır. MəhkəmədəizahatvermişŞəxstörətdiyiinzibatixətanıetirafetməkləbildirmişdirki, o, xx.xx.2020-ci iltarixdə qonuşusu X5 ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi “Ağ Çiçəyim” gül salonun yanında yerləşən parkda görüşmüşdür. O, X5 ilə bir qədər söhbət etdikdən sonra onun əlində Samsunq Galaxy A30s markalı mobil telefonu görmüşdür. Onun pulu olmadığından həmin telefonu oğurlamağı fikirləşmişdir. O, X4 həmin mobil telefonla evlə danışmaq istədiyini bildirərək, X2 mobil telefonu almışdır. O, həmin mobil telefonla evlə danışarkən X3 başının söhbətə qarışdığını görərək mobil telefonla danışaraq parkdan uzaqlaşmışdır. O, mobil telefonu götürərək “Ağ Çiçəyim” gül salonun qarşısında taksiyə minərək oradan uzaqlaşmışdır. O, Samsunq Galaxy A30s markalı mobil telefonu Neftçilər metrosunun yanında yerləşən telefon mağazasında 150 manata satmışdır. Həmin pulun 100 manatını anasının dərman puluna vermiş, qalan 50 manatı isə özü xərcləmişdir. Zərərçəkmiş şəxs X4 qısa müddət ərzində telefonu alıb qaytaracağını, əməlindən peşman olduğunu bildirərək, həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi “Ağ Çiçəyim” gül salonun yanında yerləşən parkda oturarkən əvvəllə tanıdığı Şəxs ona yaxınlaşaraq mobil telefonu ilə zəng etmək istədiyini bildirərək, ona məxsus Samsunq Galaxy A30s markalı mobil telefonu istəmişdir. O, mobil telefonu Şəxs danışmağı üçün vermişdir. Lakin Şəxs ona məxsus mobil telefonu götürərək oradan uzaqlaşmışdır.İnzibati xəta törətmiş Şəxs ilə qısa müddət ərzində telefonun alınıb qaytarılması barədə razılığa gəldiyini,bildirərək,ona həbslə bağlı olmayan tənbeh tətbiq edilməsini xahiş etdi. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı N.Binnətovun xx.xx.2020-ci il tarixli qərarı ilə vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş inzibati xəta haqqındaprotokolla sübuta yetir. Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşimançılıq çəkməsini, zərərçəkmiş şəxs X5 ilə qısa müddət ərzində telefonun alınıb qaytarılması barədə razılığa gəldiyini məsuliyyəti yüngülləşdirən hallar kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində ictimai işlər inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə və Azərbaycan Respublikası İXM-nin 43- 48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbayjan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, ona iki yüz saat ictimai işlər tənbeh növü təyin edilsin. Qərarınicrasına nəzarət Şəxs yaşayış yeri üzrə AzərbaycanRespublikasıƏdliyyə Nazirliyinin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anarİbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar