Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-769/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, Şəxs, xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, 17 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X2 tərəfindən 18 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş 18 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola yalnız cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2021-ci il tarixli qərar və Şəxs sürücülük vəsiqəsi əlavə edilmiş, lakin, hadisə yerinə baxış protokolu, yol-nəqliyyat hadisəsi sxemi, canlı şəxsin ekspertizasının rəyləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərşəkmiş şəxsin izahatları əlavə edilməmişdir. Halbuki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 fevral 2021-ci il tarixli qərardan görünr ki, araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərşəkmiş şəxsin izahatları alınmış, bundan əlavə hadisənin baş verdiyi yerə baxış keçirilərək, müvafiq protokol, yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, habelə iş üzrə zərərçəkmiş şəxslərin barələrində məhkəmə tibbi ekspertizaları təyin edilmişdir. Bununla da Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X2 tərəfindən tərtib olunmuş protokol natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində tərtib olunmuş 18 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 114 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş 18 may 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X1 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-769/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-769/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver